Malaziyada təhsil alan tələbələrimizin sayı artırılacaq

img

31-10-2009 [12:36]


Bu gün ?Hyatt-Regency? otelinin Bakı zalında Təhsil Nazirliyinin və Bakı Təhsil Məlumat Mərkəzinin təşəbbüsü ilə Malaziyanin bir neçə universitetlərinin sərgisi keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, təhsil naziri Misir Mərdanov Malaziyanın Təhsil Nazirliyi nümayəndələrinin artıq Bakıda ikinci dəfə səfərdə olduqlarını nəzərə çatdırıb. Onun sözlərinə görə, Malaziyada ali təhsil çox yüksək səviyyədə inkişaf edib: ?Azərbaycandan məsafə baxımından çox uzaq olsa da, adıçəkilən ölkə bizə yaxın ölkələr sırasındadır. Biz, Malaziyada ali təhsil almağı xaricdə təhsil siyasətinin prioritetlərindən biri hesab edirik. Keçən dərs ilinin sonunda böyük heyətlə Malaziyaya səfər etmişdik. Malaziyanın təhsil naziri ilə görüşdük və oranın bir neçə təhsil müəssisələrində olduq. Orada olarkən belə qərara gəldik ki, Malaziya universitetlərini Azərbaycanda tanıtmaq lazımdır. Bu günkü sərgi də oradakı danışığımızın nəticəsidir?. M.Mərdanov bildirib ki, səfəri zamanı Malaziyada doktorantura pilləsini bitirmiş iki azərbaycanlı gənclə də tanış olub. Hazırda isə Prezident təqaüdü ilə iki tələbəmiz orada ali təhsil alır: ?Lakin Malaziyadan burada ali təhsil alan tələbələr haqqında ümumi məlumatım yoxdur. Əgər gəlsələr, biz böyük məmnuniyyətlə onları qəbul etməyə hazırıq?. Təhsil naziri deyib ki, orada təhsil alan tələbələrimizin sayını artırmaq fikirləri var: ?Bununla bağlı bir sıra planlar hazırlayırıq. Hətta gələcəkdə Azərbaycanın ali təhsil müəssisələrinin də orada sərgisini keçirməyi planlaşdırırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA