Misir Mərdanov: ??Təhlükə olarsa, gərgin iz rejiminə keçərək, ciddi tədbirlər görəcəyik?

img

31-10-2009 [12:35]


?Respublika məktəblərində dizenfeksiya işlərinə başlanılması çox yaşı haldır. Hər halda Azərbaycanın Səhiyyə Nazirliyi tərəfindən keçirilən bu tədbir şagird və müəllimlərimizin sağlamlıqlarının qorunması üçündür?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov son günlər məktəblərdə ?donuz qripi? ilə bağlı dizenfeksiya işlərinin aparılmasına münasibət bildirərkən deyib: ?Çox şükürlər olsun ki, aidiyyatı orqanların apardıqları tədbirlər nəticəsində dünyanı səs-küyə salan bu təhlükə Azərbaycandan yan keçib. Ümid edirəm ki, bundan sonra da heç bir təhlükə olmayacaq. Allah eləməsin, əgər belə bir təhlükə olarsa, gərgin iş rejiminə keçərək, ciddi tədbirlər görəcəyik?. Təhsil naziri onu da bildirib ki, dezinfeksiya işlərinə hələlik Bakı şəhərində əhalinin daha sıx olduğu yerlərdə başlanılıb: ?Güman edirəm ki, Azərbaycanda bu virusa yoluxanlar olmayacaq və bölgələrdə də belə tədbirlərin keçirilməsinə ehtiyac qalmayacaq?. Məktəblərin mühafizəsinə gəlincə, M.Mərdanov Azərbaycandakı məktəblərin sayının 4500 olduğunu xatırladaraq, onların hər birinə mühafizə təşkil etməyin asan məsələ olmadığını nəzərə çatdırıb: ?Ola bilər ki, bəzi kiçik məktəblər öz vəsait və gücləri ilə məktəblərini qorusun. Hər halda biz ötən il baş verən hadisəyə görə, bu istiqamətdə ölkənin hüquq-mühafizə orqanları ilə bərabər iş aparırıq. Ümid edirəm ki, keçən ilki səhv bir daha təkrarlanmayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA