Süd vəzisi xərçəginə qarzı tədbir keçirildi

img

30-10-2009 [08:39]


Bu gün Əl Oyunları İdman Sarayında süd vəzisi xərçənginə qarşı beynəlxalq mübarizə aylığı çərçivəsində ?Dünya qadınları qorusun ki, qadınlar da dünyanı qorusun? devizi altında Bil! Önlə! Savaş! adlı xeyriyyə tədbiri keçirilib. Müstəqil İnofrmasiya Agentliyinin xəbərinə görə, tədbirin rəsmi hissəsini ?Lider Qadınlar? İctimai Birliyinin sədri, millət vəkili Məlahət İbrahimqızı və ?Demokratik İnkişaf İnstitutu? İctimai Birliyinin sədri, millət vəkili Gültəkin Hacıbəyli açıblar. Millət vəkili Məlahət İbrahimqızı deyib ki, hər ilin oktyabr ayı dünyanın bir çox ölkələrində cəmiyyət üçün çox acı və ağrılı problem olan süd vəzisi və uşaqlıq boyunun xərçənginə qarşı mübarizə aylığı kimi qeyd edilir: ?Bu gün dünyada hər 10 qadından biri məhz bu xəstəlikdən əziyyət çəkir və qadın ölümünə səbəb olan xəstəliklər sırasındadır. Dünya təcrübəsi göstərir ki, bu xəstəlikləri ilkin mərhələdə aşkarlamaqla onların gələcək inkişafının qarşısını almaq mümkündür. Bu məqsədlə qadınlar arasında maarifləndirmə işi aparılmalı, müayinə və erkən aşkarlama texnologiyaları hər bir qadın üçün əlçatan olmalıdır?. Millət vəkili Gültəkin Hacıbəyli isə elmi araşdırmalar nəticəsində süd verən qadınlar arasında bu xəstəlik faizinin nəzərə çarpacaq dərəcədə aşağı olduğunu bildirib: ?Buna baxmayaraq, etiraf etməliyəm ki, ana südünün təbliği qənaətbəxş deyil və bu təbliğ sistemli, davamlı və ardıcıl aparılmalıdır. Təəssüflə qeyd olunmalıdır ki, bu gün Azərbaycanda da qadınlar arasında süd vəzisi və uşaqlıq boyununun xərçənginin yayılma vəziyyəti ürəkaçan deyildir. Bölgələrdə yaşayan qadınlarımız bu xəstəliklər barədə məlumatlandırıldıqda belə, onlar müayinə oluna bilmirlər. Çünki bəzi bölgələrdə süd vəzisi və uşaqlıq boyunu xərçənginin müayinəsi üçün lazımi tibbi avadanlıqlar yoxdur. Qadınlarımız bu xəstəliklərin ağır fəsadları ilə üzləşərək nəinki əmək qabiliyyətini itirir, bir çox hallarda həyatla erkən vidalaşmalı olurlar. Nəticədə ailələr dağılır, uşaqlar yetim qalır. Bu isə artıq sosial faciə olmaqla bütövlükdə cəmiyyətin probleminə çevrilir. Cəmiyyətin vəzifəsi bu problemin həllinə dəstək ola biləcək bütün imkanları səfərbər etməkdən ibarətdir?. Sonra tədbirin bədii hissəsində İlqar Muradov, Fidan Hacıyeva, Mənsum İbrahimov, Nəzakət Teymurova, Maestro Ceyhun, Aşıq Samirə, Tünzalə Ağayeva, Samir Piriyev, Brilliant Dadaşova və Azərin çıxış ediblər. Xatırladaq ki, tədbirə aparıcılığı müğənni Ruhi xanım edirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA