Telekanalların fəaliyyətindəki ciddi nöqsanlar narazılıqları artırır

img

30-10-2009 [06:17]


?Televiziyalarda yayım və peşəkarlıq əsas məsələdir. Çox təəssüflər olsun, televiziya kanallarının əksəriyyəti bır çox kriteriyalara riayət etmir. Efir məkanında mövcud vəziyyət daha acınacaqlıdır?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ümumrespublika televiziya kanallarının rəhbərləri ilə görüşündə səsləndirib: ?Biz efirlərə yaradcılıqla bağlı məsələlərə şərait və sərbəstlik yaradırıq. Lakin kimlərsə bundan sui-istifadə edirlər. Bir müddət öncə, akademik Ramiz Mehdiyev teleməkanda baş verən problemlərə öz məqaləsində toxundu. Bütün efir savadsız müğənnilərin əlindədir. Hazırda təhsillə məşğul olmayan hər bir insan ya müğənni, ya da idmançı olmaq istəyir. İdmançı bayrağımızı yüksəklərə ucaldır, amma bilmir ki, himnimizin sözlərini və musiqisini kim yazıb, hətta bayrağımızın mənasını və dövlət atributlarımızı da bilmir. Təbii ki, bu da təhsildə baş verən neqativ problemlərdir. Hazırda cəmiyyətdə əyləncə ilə məşğul olan insanlar əmək fəaliyyəti ilə məşğul olan insanları üstələyib. Artıq vəziyyət o yerə çatır ki, biz də bu məsələlərə müdaxilə etməyə məcburuq?. N.Məhərrəmli onu da bildirib ki, bir verlişdə 20 dəfə sponsorun reklamının verilməsi düzgün deyil: ?Bir verlişdə sponsorun adını 20 dəfə çəkiriksə, öz şərəfimizə 20 dəfə zərbə vurmuş oluruq. Elə bir şərait yaradılmalıdır ki, reklamçılar efirlərə diqtə edə bilməsinlər. Düzdür, televiziyalarda maliyyə sıxıntıları var və bu səbəbdən sponsorun adını dəfələrlə vurğulayırlar. Bax, belə bir tendensiyalar bu cür nöqsanlara gətirib çıxarır?. MTRŞ sədri efirlərdə bir sıra verliş-proqramların və filmlərin verilməsi qaydasına da aydınlıq gətirib: ?Biz dəfələrlə demişik ki, saat 7-dən 23:00-a qədər qəddarlıq, zorakılıq və erotik təsviri olan kinoların, ədəbsiz sözlərdən və jestlərdən ibarət tamaşaların göstərilməsi qadağandır. Ruhlardan olan filmlər yalnız gecə 11-dən sonra göstərilməlidir. Tibbi əməliyyatların açıq şəkildə göstərilməsi qəti qadağandır. Bundan əlavə, cadugərliklə və kriminal fəaliyyəti özündə əks etdirən verilişlər təyin edilmiş vaxtdan (gecə 11-dən sonra) sonra göstərilə bilər. Lakin biz deyirik, biz eşidirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA