Qurban bayramında əfv fərmanı imzalana bilər

img

30-10-2009 [05:24]


AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin noyabrın 15-dən sonra Bakıya səfəri nəzərdə tutulub. Bu səfər həm də Qurban bayramı ərəfəsinə təsadüf edəcək. Bu isə belə bir şəraitdə əfv fərmanının imzalanma ehtimalını artırır. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Müstəqil İnformasiya Agentliyinə deyib ki, yaranmış şərait əfv fərmanının imzalanması üçün ən doğru zamandır: ?İstərdik ki, Azərbaycanda olan siyasi məhbuslar azadlığa buraxılsın. Hətta bir nəfər siyasi məhbusu olan ölkəni belə, azad ölkə hesab etmirlər. Bütün beynəlxalq təşkilatların müddəalarında bu məsələ öz yerini tapıb. Azərbaycana gəldikdə isə 25 nəfər o qədər də böyük rəqəm deyil. Onların hamısını eyni vaxtda azadlığa buraxmaq mümkündür. Bu, həm demokratik dəyərlərin inkişafına təkan verər, həm də xalqın hökumətlə barışığına doğru bir addım atılmış olar. Yaranmış şərait belə bir addımın atılması üçün ən doğru zamandır?. Hüquq müdafiəçisi bunun üçün lazımi orqanlara artıq müraciət etdiklərini də deyib: ?Bununla bağlı ölkə başçısına müraciət etmişik. Əfvlə bağlı müraciətimizdə həbsdə olan jurnalistlər və xəstə məhbuslar başda olmaqla, bütün syasi məhbusların adları yer alıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA