Bələdiyyə seçkilərində 16 siyasi partiya namizəd irəli sürüb

img

30-10-2009 [05:16]


Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu günə kimi 1718 bələdiyyə üzrə 25 614 nəfərin namizədliyi təsdiq edilib. Həmin şəxslərdən 4904 nəfəri qadınlardır. Namizədliyi təsdiqlənən şəxslərin 12 723-ü ali təhsillidir. Namizədliyi təsdiqlənmiş şəxslərdən 24117 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri almış, həmin şəxslərin 8773 nəfəri isə namizədliklərinin qeydə alınması üçün tələb olunan sayda imzaları toplayaraq imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim etmişlər. Artıq 398 bələdiyyə üzrə 2224 nəfərin namizədliyi qeydə alınıb. Namizədlikəri özü tərəfindən irəli sürülən şəxslərdən 6504 nəfəri bitərəfləri, digərləri isə 28 siyasi partiyanı əhatə edirlər. 16 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb. Xatrıladaq ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA