Ombudsmanın əməkdazları həbsdə olan gənclər - Emin Milli və Adnan Hacızadə ilə görüzüb

img

30-10-2009 [04:56]


Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasında gənc fəallar Emin Milli və Adnan Hacızadə ilə görüşüblər. Ombudsman Aparatından Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüş zamanı gənclər onlar barəsində aparılan məhkəmə prosesinin vaxtının uzadılmasından şikayətləniblər. E.Milli və A.Hacızadə iyul ayında paytaxtın ?Livan? restoranında baş vermiş davaya görə tutulublar, xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Bundan başqa, məlumatda bildirilir ki, Bakı İstintaq Təcridxanasında saxlanılan S.A ilə görüş zamanı o, 2009-cu il oktyabrın 24-də Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlandığını, polis əməkdaşlarının onu döydüyünü bildirib. Bu məsələnin araşdırılması məqsədilə ombudsman baş prokurora və daxili işlər nazirinə müraciət edib. Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Nardaran qəsəbəsində yerləşən 12 saylı məntəqə tipli cəzaçəkmə məntəqəsinə, Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına və həmin idarənin 36-cı polis bölməsinə, Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə də baxış keçiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA