Həftə sonu yağızlı günlər yenidən bazlayacaq

img

30-10-2009 [04:00]


Həftəsonu ölkə ərazisində yağmurlu hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu keçəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, zəif duman olacağı gözlənilir. Şimal küləyinin sürəti 9-14 m/s olacaq, gündüz arabir 16-18 m/s-dək güclənəcək.Havanın temperaturu gecə 12-15, gündüz 16-18 dərəcə isti təşkil edəcək. Oktyabrın 31-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Şimal, şimal-şərq küləyinin sürəti 9-14 m/s təşkil edəcək. Havanın temperaturu gecə 11-13, gündüz 15-18 dərəcə isti olacaq. Noyabrın 01-də də hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Şimal küləyinin sürəti 9-14 m/s, olacaq, gündüz arabir 16-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 10-13, gündüz 14-17 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında isə bu gün havanın əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 16-20, dağlarda gecə 3-7, gündüz 12-17 dərəcə isti təşkil edəcək. 31-01 noyabr tarixlərində hava şəraitinin yağmurlu keçəcəyi, arabir şimşək çaxacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 15-19, dağlarda gecə 2-6, gündüz 10-15 dərəcə isti olacaq. Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim xəzri küləyinin əsməsi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişli sayıla bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA