Kənd təsərrüfatı naziri bu ilin 9 ayının hesabatını verdi

img

30-10-2009 [02:47]


Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında kənd təsərrüfatı naziri İsmət Abbasov Azərbaycanda 2009-cu ilin 9 ayı ərzində kənd təsərrüfatının vəziyyəti ilə bağlı mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, kənd təsərrüfatı naziri İsmət Abbasov kənd təsərrüfatının dinamik inkişaf etdirildiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, son zamanlar ölkədə havaların qeyri-sabit keçməsinə baxmayaraq, kənd təsərrüfatında artım 3 faiz civarında olub: ?Hesab edirik ki, ilin sonuna qədər bu rəqəm bir az da artacaq. Ölkə başçısının səyi nəticəsində 2004-cü ilin oktyabr ayında ?Aqrolizinq? Səhmdər Cəmiyyətinin yaradılması da inkişafa yol açıb. Bu günə qədər istər dövlət büdcəsindən, istərsə də Prezidentin Ehtiyat Fondundan, eləcə də investisiya xərclərindən ?Aqrolizinq? Səhmdər Cəmiyyətinə texnikların, gübrələrin, toxumların, damazlıq heyvanların alınması, maddi-texniki bazanın gücləndirilməsi, laqiztik bazaların tikilməsi və s. tədbirlərin keçirilməsi məqsədilə 210 milyon 500 min manat vəsait ayrılıb. Bunun nəticəsində bütün rayonlarda aqroserves xidmətləri yaradılıb?. Nazir onu da bildirib ki, 3 növ toxuma - super elit, elit və orjinal toxumlarına görə dövlət istehsalçılarına 100 faiz subsidiya ödənilir: ?R1, R2 reproduksiyalı toxumalara müvafiq olaraq dövlət tərəfindən 30-40 faiz subsidiya ödənilir. Bunun nəticəsində də bitkiçilik inkişaf edir. Bundan əlavə, son 9 ayda heyvandarlıq məhsullarının istehsalında 2,2 faiz artım olub. Ancaq bir fakt var, artıq Azərbaycanda elə vəziyyət yaranıb ki, heyvandarlığı baş sayı ilə artırmaq mümkün deyil. Bu məqsədlə Almaniyadan ?Aqrolizinq? Səhmdər Cəmiyyəti vasitəsilə 770 baş yüksək məhsuldar Sinmental, Orşdrinfris və Şvis cinsləri ölkəyə gətirilib. Həmin mal-qaranın təxminən 600 başı artıq bala verib və gündəlik 25-30 litr süd verir. Əgər ölkəyə gətirilən mal-qara 770 baş idisə, indi 1300 baş olub. Eyni zamanda, təəssüflə qeyd etmək lazımdır ki, həmin heyvanların 75 başı tələf olub. Bütün bu nöqsanlara görə lazımı şəxslər cəzalandırılıb. Bundan əlavə, hər həftənin şənbə və bazar günləri paytaxtın müxtəlif rayonlarında kənd təsərrüfatı yarmakaları təşkil edilir. Bu günə qədər 343 dəfə yarmarka keçirilmiş və təxminən 77 min ton müxtəlif kənd təsərrüfatı və emal sənayesi məhsulları satılıb?. İ.Abbasov onu da bildirib ki, istehsal olunmuş məhsullar bəzi yerlərdə satılmır: ?Məsələn, xüsusən Şimal bölgəsində istehsal olunmuş meyvələr öz alıcısını tapa bilmir. Bunun qarşısını almaqdan ötrü soyuducu kameralar quraşdırılacaq. Bundan əlavə, təbii fəlakətlər nəticəsində bu il ən çox ziyan bostançılıq, meyvə-tərəvəz və pambıqçılıq sahəsinə dəyib. Lakin tütünçülük və çayçılıqda artımlar olub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA