Cəzaçəkmə müəssisələrində və DiN-in hərbi hissələrində ?donuz qripi?nə qarzı tədbirlər görülür

img

30-10-2009 [01:19]


?Bütün infeksion xəstəliklərlə bağlı il boyu cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında proflaktik işlər görülür. Bu proflaktik işlər həm məhkumların maarifləndirməsi, həm də bütün sanitar-dizenfeksiya işlərinin həyata keçirilməsi üçündür?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov cəzaçəkmə müssisələrində ?donuz qripi?nə qarşı görülən tədbirlərə münasibət bildirərkən deyib. M.Sadıqovun sözlərinə görə, aparılan dizenfeksiya işlərinə içməli suların qaynadılması, müntəzəm olaraq sanitar nəzarətdən keçirilməsi və digər təmizlik işləri də daxildir: ?Bu profilaktik təmizlik işləri tək ?donuz qripi? ilə bağlı deyil. Digər infeksion xəstəliklərin yaranmasının qarşısını almaqdan ötrü də bu işlər görülür?. Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Təranə Məmmədova isə Müstəqil İnformasiya Agentliyinə deyib ki, mütəmadi olaraq, Daxili Qşunların hərbi hissələrində təmizlik işləri görülür, əsgərlərə vitaminlər vurulur: ?Əsgərlərin sağlamlığı üçün qripə qarşı lazımi vaksinlər vurulur. Yataq və yeməkxanalar mütəmadi olaraq dizenfeksiya olunur. Məzuniyyətə gedən və məzuniyyətdən qayıdan bütün əsgər və zabitlər tibbi müayinədən keçirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA