TQDK Naxçıvan MR prokurorluq orqanlarında izləmək istəyənlər üçün test imtahanı keçirir

img

30-10-2009 [12:09]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Naxçıvan Muxtar Respublikası Prokurorluğu ilə birgə oktyabrın 31-də Naxçıvan şəhərində "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirir. TQDK mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, işə qəbulla bağlı sənədlərin qəbulu aprelin 1-dən avqustun 1-dək aparılıb, 14 ştat vahidi üzrə müsabiqədə iştirak etmək istəyən 62 nəfərin namizədliyi qeydə alınıb. Məlumatda qeyd olunub ki, test imtahanı 3 saat davam edir. İmtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunur: ixtisas üzrə 80 sual hüququn müxtəlif sahələrini əhatə edir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Məntiqi suallara verilən hər düzgün cavab 0.5 balla qiymətləndirilir. Müsabiqə qaydalarına uyğun olaraq test imtahanında 60 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə buraxılacaqlar. İmtahanın nəticələri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) internet saytında yerləşdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA