Prezident ilham Əliyev ismayıllı rayonuna səfərini baza çatdıraraq Ağsuya gedib

img

30-10-2009 [11:22]


Prezident İlham Əliyev ötən axşam İsmayıllı rayonuna səfərini başa çatdıraraq Ağsu rayonuna gedib. İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağsu şəhərinin mərkəzindəki ?Heydər parkı?nda Heydər Əliyevin abidəsini ziyarət edib, parkda aparılmış yenidənqurma və abadlıq işləri ilə tanış olublar. Dövlət başçısı və xanımı Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak edib, burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Sonra Prezident İlham Əliyev Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasının açılışında, şəhər stadionunun və Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin təməlqoyma mərasimində iştirak edib, ?Az-Qranata? MMC-nin şirələr və şərab emalı zavodunda aparılan tikinti işlərinin gedişi ilə tanış olub. Ağsuya səfəri çərçivəsində dövlətimizin başçısı və xanımı Qəhrəmanlar parkının açılışında da iştirak ediblər. Bununla da Prezident İlham Əliyevin Ağsu rayonuna səfəri başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA