Erməni əsirliyində olan əsgərlərimiz Anar Hacıyev və Rafiq Həsənov ailələrinə məktub göndərib

img

29-10-2009 [06:50]


Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları əsirlikdə saxlanılan Rafiq Həsənova və Anar Hacıyevə baş çəkib. BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Gülnaz Quliyevanın Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, başçəkmə zamanı əsirlərin saxlanma şəraitinin monitorinqi aparılıb: ?BQXK-nın nümayəndələri əsirlərlə təkbətək söhbət aparıb və oların ailəsinə məktub yazmasına şərait yaradılıb. Görüş zamanı Rafiq Həsənov və Anar Hacıyev ailəsinə məktub yazıb?. Qeyd edək ki, Müdafiə Nazirliyinin ?N? saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Həsənov 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonun Kəmərli kəndi istiqamətində əsir götürülüb. 1990-cı il təvəllüdlü Anar Hacıyev isə Goranboy Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Çavuş mayın 10-da Füzuli rayonu ərazisində, qoşunların təmas xəttində Ermənistan tərəfinə əsir düşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA