Rəsmi qurumlara məxsus əksər saytlar qanunvericiliyin tələblərinə uyğun gəlmir

img

29-10-2009 [04:55]


Bu gün Media Mərkəzində dövlət orqanlarının və bələdiyyələrin rəsmi internet saytlarının monitorinqinin 01 fevral- 01 oktyabr 2009-cu ilin hesabatı haqqında dəyirmi masa keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri giriş sözü ilə Miltimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, 2006-cı ildən başlayaraq Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən ölkənin rəsmi dövlət qurumlarının və bələdiyyələrin internet resurslarının monitorinqi aparılır: ?Monitorinqlər aparılarkən sadəcə, tənqidi yanaşma tətbiq edilmir, əksinə, nəticələr aşkar edildikdən sonra onların əsasında web saytların təkmilləşdirilməsi ilə bağlı tövsiyyələr də hazırlanaraq müvafiq şəkildə təqdim edilir. Müqayisələr məhz Rusiya internet saytları ilə aparılır. Verilən tövsiyələrə az qurum əhəmiyyət verirdisə, son illərdə aparılan monitorinqlər zamanı vəziyyət yaxşılığa doğru xeyli dəyişib. Bu, çox sevindirici haldır?. O.Gündüzün sözlərinə görə, elə dövlət qurumları var ki, onlar təkrar tənqid və tövsiyyələrdən sonra öz web saytlarına ciddi əl gəzdirərək köklü dəyişikliklər ediblər: ?Əlbəttə ki, belə bir durum sevindiricidir və istənilən halda bu sahədə inkişafın olmasından xəbər verir. 2008-ci ildə aparılan monitorinqin nəticələri təxminən ondan ibarət olub ki, informasiya açıqlığı sahəsində müəyyən irəliləyişlər olsa da, dövlət qurumlarının böyük əksəriyyətinin rəsmi saytları qanunvericiliyin tələblərinə yetərincə cavab verməyib. 2008-ci ildə obyektiv olaraq 50 dövlət orqanının internet saytı analiz olunub. Saytların informasiya təminatını araşdırmaq üçün parametrlər hazırlanıb. Təxminən 40 parametr 4 blok üzrə qruplaşdırılıb. Əvvəllər 40 parametrlər üzrə analizlər aparılırdısa, Rusiyada 120 parametrlər üzrə analizlər aparırdı. Rusiya ilə aparılan razılaşma yolu ilə 40-ı, 67 faizlə əvəz etdik. 2008-ci ilin monitorinqin nəticələri haqqında hesabat keçən ilin may ayından açıqlanıb və www/informasiya.org ? da tam mətn yerləşdirilib?. Azər Həsrət isə bildirib ki, ölkə üzrə informasiya açıqlığı göstəricisi 27 faiz olub. 1. Vergilər Nazirliyi - 61% 2. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 50% 3. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ? 46% 4. Daxili İşlər Nazirliyi - 43% 5. Mərkəzi Bank - 41% 6. Xarici İşlər Nazirliyi - 39,5% 7. Milli Məclis - 37% 8. Baş Prokurorluq - 36% 9. Dövlət Sosial Müdafiə Fondu - 35% 10. Dövlət Neft Fondu - 34,5% Göründüyü kimi, əvvəlki, monitrorinqlər zamanı ilk üçlükdə olan qurumlar demək olar ki, yenə də mövqelərini qoruyub saxlaya biliblər?. A.Həsrət onu da nəzərə çatdırıb ki, ən yüksək informasiya açıqlığı Xətai Bələdiyyəsinə aiddir-21%. Ən aşağı-2% isə Lökbatan Bələdiyyəsinin hesabına yazılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA