?Qaz oğurluğu? ilə məzğul olmuz abonentlərə müvafiq qaydada cərimə tətbiq edilib

img

29-10-2009 [04:15]


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ?Azəriqaz? İstehsalat Birliyində ayrı-ayrı abonentlər tərəfindən rast gəlinən təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədilə reydlərə başlanılıb. Müstəqil İnformasiya Agentliyi Şirkətin rəsmi saytına istinadən yayılan məlumatda qeyd edilib ki, bu günlərdə Bakı şəhəri Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən inventarizasiya zamanı Yasamal Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə kodlaşdırılmamış 7 sayğaclı və 37 sayğacsız mənzildə təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunub. Sabunçu Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə isə 31 sayğaclı və 76 sayğacsız mənzildə belə hal müşahidə edilib və həmin mənzillərin qaz xətləri qaynaq edilərək kəsilib. ?Qaz oğurluğu? ilə məşğul olmuş abonentlərə müvafiq qaydada cərimə tətbiq edildikdən sonra mənzillərin qazlaşdırılması üçün mülkiyyət hüququnu təsdiq edən sənədlərin Qaz İstismar Sahəsinə təqdim edilməsi barədə xəbərdarlıq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA