Prezident ilham Əliyev ismayıllıda səfərdədir

img

29-10-2009 [01:36]


Bu gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyev İsmayıllı rayonuna səfər edib. Onlar İsmayıllı şəhərinin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyublar, daha sonra İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər. Dövləti başçısı açılışı bildirən lenti kəsib və mərkəzlə tanış olub. Bildirilib ki, mərkəz iki mərtəbədən və zirzəmidən ibarətdir. Burada şahmat, aviamodelçilik, heykəltəraşlıq, rəssamlıq, ?Bacarıqlı əllər? uşaq dərnəkləri, birinci mərtəbədə daimi fəaliyyət göstərən sərgi-ekspozisiya zalı, ikinci mərtəbədə Heydər Əliyev irsini araşdırma mərkəzi, elektron kitabxana, kitabxana, kompüter otaqları, konfrans zalı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA