Salyanda baz verən avtomobil qəzasında bez nəfər ölüb

img

29-10-2009 [11:55]


Salyan rayonunda beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə saat 01.30 radələrində Ələt-Astara yolunun 57-ci kilometrliyində rayon sakini 24 yaşlı Emin Qasımov idarə etdiyi ?VAZ 2107? markalı 90 FN 337 dövlət nömrə nişanlı avtomobili ilə yolun kənarında yerləşən mağazaya çırpılıb. Anspress-in məlumatına görə, sürücü və onun sərnişinləri - Qalalı kənd sakini 18 yaşlı Xəyal İbrahimov, Kürkənd sakini 18 yaşlı Xəyyam Rzayev hadisə yerində ölüblər. Digər iki sərnişin - Salyan rayon sakinləri 20 yaşlı İsa Sultanov və 17 yaşlı Elnur Əsgərov xəstəxanaya aparılarkən yolda keçiniblər. İlkin ehtimala görə, hadisəyə səbəb avtomobilin yüksək sürətlə idarə olunması olub. Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA