"Donuz qripi" əleyhinə Azərbaycana göndəriləcək vaksinlər əhalinin risk qrupuna vurulacaq

img

28-10-2009 [07:39]


Dünya Səhiyyə Təşkilatının (DST) AH1N1 virusu - "Donuz qripi" əleyhinə Azərbaycana göndərəcəyi vaksinlər əhalinin risk qrupuna vurulacaq. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə məlumat verən Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov bildirib ki, vaksinlər əvvəlcə həkimlərə, hamilə qadınlara, sərhəddə, gömrük məntəqələrində işləyən şəxslərə, beynəlxalq uçuşları həyata keçirən insanlara tətbiq ediləcək. DST tərəfindən bəzi ölkələrə təmənnasız olaraq 300 milyon doza vaksin preparatlarının ayrılması nəzərdə tutulur. Birinci mərhələdə 90-dan artıq ölkəyə, o cümlədən Azərbaycana vaksin paylanacaq. Pandemik qripə qarşı vaksinin birinci hissəsinin bu ilin noyabr ayında paylanması gözlənilir. Ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün aeroport, sərhəd-keçid məntəqələrində xüsusi avadanlıq quraşdırılmışdır. Həmin avadanlıq vasitəsilə sərhəddən keçən insanın bədəninin hərarətini müəyyənləşdirmək mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA