Beynəlxalq Bankının rəhbəri Cahangir Hacıyev Kraliça Viktoriya Xatirə Medalı ilə təltif olunub

img

28-10-2009 [05:12]


Sentyabrın 26-da Böyük Britaniyanın Oksford şəhərində Avropa Biznes Assambleyasının təşkilatçılığı ilə Oksford Liderlər Sammiti keçirilib. XİN-nin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, tədbirdə Şərqi və Mərkəzi Avropa, Baltik ölkələri, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunu təmsil edən 100-dən artıq aparıcı şirkətin rəhbərləri iştirak ediblər. Tədbir Syngentia şirkəti, Thames Valley Ticarət Palatası, Reading Universitetinin birgə sponsorluğu ilə keçirilib. Tədbir çərçivsəində bir sıra şirkət rəhbərləri müxtəlif meyarlar üzrə fəxri titul və mükafatlarla təltif ediliblər. Bu çərçivədə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev Kraliça Viktoriya Xatirə Medalı (Queen Victoria Commemorative Medal) beynəlxalq mükafatına layiq görülüb. Bu mükafat biznes sahəsində uğurlu fəaliyyətə və biznes dəyərlərinin qorunub saxlanmasında xidmətləri olan işgüzar şəxslərə verilir. Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri bu mükafata iqtisadi və sosial istiqamətlərdə uğurlu proqramların icrası, ölkənin beynəlxalq arenada layiqli təmsil olunması və xeyriyyəçilik fəaliyyətləri ilə bağlı təşəbbüslərinə görə təltif edilib. Sammitdə iştirak edən Səfir Fəxrəddin Qurbanov təltifetmə mərasimində çıxışında ölkəmizin iqtisadi inkişafı, davamlı iqtisafi inkişafın təmin olunması istiqamətində görülən tədbirlər haqqında bəhs etmiş və verilən mükafatın bu uğurların təsdiqi olduğunu diqqətə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA