Səlim Müslümov yüksək məbləğdə pensiya alanların arayızlarını təftiz etdirir

img

28-10-2009 [02:56]


Bu gün YAP-ın qərargahında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Səlim Müslümov ötən gün qəbul edilmiş ?Əmək pensiyası haqqında? Qanuna edilən əlavə dəyişikliklərlə bağlı mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, DSMF rəhbəri Səlim Müslümov bildirib ki, 2006-cı ildən başlayaraq ölkədə 2 sistem paralel inkişaf edib. Bir sistem sığorta pensiya, digəri isə dövlətin ünvanlı sosial yardım və sosial müavinətləridir: ?Hesab edirəm ki, dünən qəbul olunan qanunun ən mühüm dəyişiklikliyi keçmiş dövrdə qazanılmış əmək pensiyaçı hüququnun və məbləğinin müəyyənləşdirilməsində nəzərdə tutulan dəyişikliklərdir. Düşünürdüm ki, bütün sorğular bunun üzərində qurulacaq. Amma çox təəssüflər olsun ki, cəmiyyətə düzgün olmayan informasiyalar sızdırıldı, guya pensiyalar 30 faiz azalacaq. 2006-cı ilin 1 yanvarından 2009-cu ilin 1 oktyabr tarixinə qədər Dövlət Sosial Müdafiə Fondu orqanlarında əməkdaşlarımız tərəfindən 167.891 nəfərə yaşa görə pensiya təyin edilib. Bu, 167.891 nəfərdən 60.4 faizi minimum pensiya olan 75 manatla təmin olunub. 4 faizi 300 manatdan yuxarı, hətta 680 nəfərə 1000 manatdan yuxarı pensiya təyin edilib. 300 manatdan çox alan - 4 faizin aldığı 1 aylıq pensiyanın məbləği toplam pensiyasının 20 faizini təşkil edir. Lakin 60.4 faiz ? 75 manat alanların toplam pensiyası ümumi pensiya məbləğinin cəmi 39 faizini təşkil edir. Belə çıxır ki, 40 il müəllim kimi fəaliyyət göstərmiş vətəndaş cəmi 75 manat alır, hardasa 10 il normal əmək fəaliyyəti olan vətəndaş özünə 2004-2005-ci illərdə böyük məbləğ qoyaraq 2000 manat pensiya alır. Ona görə də bu yanlış hesablanma qaydasını aradan qaldırmaq lazım idi. Ona görə də 27-ci maddəyə dəyişiklik etməklə bu nöqsanı aradan qaldıra bildik. Bundan sonra hər bir vətəndaşın əmək kitabçası üzrə 2006-ci ilə qədər nə qədər əmək fəaliyyəti illəri varsa, hər biri üçün 170 manat pensiya ala biləcək, ordan həmin illərin sayına 170 manat vurulacaq, ondan sonrakı illərdə inflyasiya faizlərini vurulub artıralacaq və toplanmış məbləğ gələcək onun fərdi hesabında həmin son 4 il ərzində toplanmış məbləğin üstünə. Sonda ümumi məbləğ 134-ə bölünəcək, bununla da sığorta hissəsi müəyyənləşəcək. Yəni bu o deməkdir ki, 2010-cu ilin yanvar ayından sonra kimə pensiya təyin olunacaqsa, onun pensiyası ən azından 90 manatdan az olmayacaq. Bundan əlavə, məsələn, 2010-cu ildə 45 il stajı olan şəxs ən azı 150 manatdan yuxarı pensiya alacaq. Buna görə də Dövlət Sosial Müdafiə Fonduna növbəti ildə ən azı 10 milyon manatdan artıq əlavə vəsaitin xərclənməsi gərəkəcək?. DSMF-in rəhbərinin qənaətincə, sığorta stajının 5 ildən 12 ilə qaldırılması mühüm məsələdir: ?Son 3 il 9 ay müddətində Dövlət Sosial Müdafiə Fondu sistemində yaşa görə pensiya alan və rəhmətə getmiş qadınların orta yaşı 75,8, kişilərin isə 74,7 yaşı olub. Bu o deməkdir ki, qadınlar ən azından 18,8 il, kişilər isə 12,7 il sığorta pensiya sistemindən pensiya alırlar. Bu, təbii ki, get-gedə artacaq. Bu gün Azərbaycanda 1 nəfər pensiyaçıya 1 nəfər muzdla işləyən sosial sığorta ödəyicisi düşür. 4 milyon məşğul əhalinin 2 milyona yaxını kənd təsərrüfatında çalışır. Yaxşı bilirsiz ki, hökumət mövcud imkanları hesabına artımlar edir. Defilyasiya olarsa, defilyasiya indeksinə uyğun sığorta məbləğlərinin azalması baş verməyəcək. Hesab edirəm ki, bu qanunun qəbul olunması ilə bizim sığorta pensiya sistemində pensiyaların orta aylıq məbləğinin artırılması baxımından köklü dəyişiklik baş verəcək?. S.Müslümov onu da nəzərə çatdırıb ki, böyük məbləğdə pensiya alan şəxslərin əmək haqqı arayışlarını yenidən yoxlatdırır: ?Bütün qüvvə o arayışların yoxlanılmasına yönəldilib. Tapşırmışam ki, hər bir əmək haqqı arayışının yoxlanılmasını həyata keçirən məmur həmin şəxsin, həmin müəssisədə ödəniş hesabalama cədvəlinə qol çəkməsi əgər varsa, onun surəti mənə göstərilsin. Əgər yoxdursa, pensiyasını ləğv edəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA