Azərbaycanda miqrantların sayı artmaqdadır

img

28-10-2009 [02:53]


Bu gün ?Azərbaycandakı miqrantların mövcud durumu və problemlər? mövzusunda ?Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi? və ?İnsan Hüquqları üzrə İctimai Şura? İctimai birliklərinin dəyirmi masası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə ?Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi? İctimai Birliyinin sədri (AMMKHM) Nadir Abdullayev, ?Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi? İctimai Birliyinin eksperti Dəyanət Musayev, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin miqrasiya səyasəti şöbəsinin müdir müavini Vahid Qəhrəmanov, ?İnsan Hüquqları üzrə İctimai Şura? İctimai Birliyinin hüquqşunası Arzuxan Əlizadə iştirak ediblər. ?Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi? İctimai Birliyinin sədri Nadir Abdullayev deyib ki, BMT-nin son araşdırmalarına əsasən, son 35 il ərzində öz vətənlərindən kənarda yaşayan insanların sayı iki dəfədən çox artaraq, 175 milyona çatıb: ?Bu gün dünyada hər 35 nəfərdən biri miqrantdır. Dünya təcrübəsində iqtisadi amil miqrasiyanın əsas səbəblərindən biri kimi götürülür. İqtisadi inkişaf səviyyəsinə görə geridə qalan dövlətlərin vətəndaşları öz ölkələrində müvafiq iş yerləri ilə təmin oluna bildiklərinə görə, daha yaxşı yaşayış tərzi əldə etmək üçün qanuni və qanunsuz yollarla inkişaf etmiş dövlətlərdə məskunlaşmağa çalışırlar. Son illər ərzində ölkədə baş verən iqtisadi dəyişikliklər insan hüquq və azadlıqlarının qorunması sahəsində aparılan islahatlar, Qarabağ probleminin sülh yolu ilə həll olunma ehtimalının artması, Avropaya inteqrasiya proseslərinin güclənməsi və s. hallar ayrı-ayrı ölkələrdən Azərbaycana gələnlərin sayının sürətlə artmasına səbəb olub. Azərbaycana əsasən Çin Xalq Respublikası, İndoneziya, İran İslam Respublikası, Çeçenistan, Əfqanıstan, Pakistan, İraq, Hindistan, Gürcüstan, Nigeriya, Özbəkistan, Vyetnam və başqa dövlətlərdən miqrantlar gəlirlər. Bundan başqa, bu gün Gürcüstanda yaşayan 500 mindən artıq soydaşımız da iş axtarmaq məqsədilə Azərbaycana üz tutublar. Bu proses bu gün də davam etməkdədir. Miqrantların tibbi müayinəsi, sanitar nəzarət və digər məsələlər vacibdir. Çünki yolxucu xəstəliklərin yayıldığı bir vaxtda miqrantların ölkəmizə gəlməsi ictimaiyyəti çox narahat edir. Hansı formada gəlirlər, hansı nəzarətdən keçirlər, bu, çox düşündürücüdür?. ?Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi? İctimai Birliyinin eksperti Dəyanət Musayev isə bildirdi ki, qeyri-leqal miqrantlar rəsmi qeydiyyata alınmış iş yerləri tutaraq, əmək bazarına əhəmiyyətli təsir göstərir, vergilərdən yayınır və kölgə iqtisadiyyatına cəlb olunur ki, bununla da dövlətə böyük ziyan vurmuş olurlar: ?Dünyada 200 milyona yaxın miqrant mövcüddür. Bunlardan Azərbaycanın payına 100 min nəfəri düşür. Məlumdur ki, son illər ərzində ölkədə baş verən iqtisadi dəyişikliklər insan hüquq və azadlıqlarının qorunması sahəsində aparılan işlər, Dağlıq Qarabağ problemlərinin sülh yolu ilə həll olunma ehtimalının artması, eləcə də Azərbaycanın Avropaya inteqrasiyası və s. hallar ayrı-ayrı ölkələrdə Azərbaycana gələn miqrantların sayının sürətlə artmasına səbəb olub?. Ekspertin sözlərinə görə, miqrantları əsasən 3 qrupa bölmək olar: İşçi miqrantlar, bir ölkədən digər ölkəyə keçmək üçün tranzit miqrantlar və qaçqın statusunu almaq üçün gələn miqrantlar. Azərbaycanda bu günləri üstünlük təşkil edən əməkçi miqrantlardır. Dövlət Miqrasiya Xidmətinin verdiyi məlumata əsasən, 2009-cu ilin sentyabr ayına qədər 7 minə yaxın miqrant onlara müraciət edib: ?Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən alınan məlumata görə, 2009-cu ilin birinci yarısında 1872 nəfər əcnəbiyə tələbi iş icazəsi verilib. Eləcə də, 667 nəfər miqrantların işçi icazəsi artırılıb. Ümumilikdə isə Azərbaycanda 75 ölkədən, 4565 əcnəbi sakin mövcuddur?. D.Musayev qeyd edib ki, miqrantların axınına dünyada höküm sürən iqtisadi böhran güclü təsir göstərib. BMT-nin hesablamalarına əsasən, maliyyə böhranına nəticəsində 50 milyon insan iş yerindən məhrum olub. 2009-cu ildə 100 milyona yaxın insan isə ifrat yoxsulluq səviyyəsində yaşayır: ?Xüsusiyilə qeyd etmək lazımdır, Azərbaycanda heç bir beynəlxalq və daxili layihələr dayandırılmadı, bu isə Azərbaycana miqrantların axının sürətləndirdi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA