Bakıdakı məktəblər ?Donuz qripi?nə görə iki gün bağlanacaq (yenilənib)

img

28-10-2009 [02:18]


Oktyabrın 31 və noyabrın 1-də Bakıdakı bütün orta ümumtəhsil məktəbləri bağlı olacaq. Həmin günlər sanitar orqanlar ?Donuz qirpi?nə qarşı məktəblərdə dezinfeksiya işləri aparacaq. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı bildirib ki, Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən onlara xəbərdarlıq məktubu göndərilib: ?Onu da qeyd edim ki, bu profilaktik tədbirlər tədris prosesinə mane olmayacaq. Bizə müracit edilib ki, profilaktik tədbirlər aparılacaq, biz də onlara şərait yaratmaq üçün əlmizdən gələni edirik. Elan edirik ki, həftənin beş günü işləyən məktəblərdə oktyabrın 31-də, yəni şənbə günü, altı günlük məktəblərdə isə noyabrın 1-i bazar günü sanitarlar öz işlərini görəcəklər. Ona görə də həmin günlər məktəblər bağlı olacaq. Birinci gündən isə tədris prosesi öz qaydasında davam edəcək?. Z.Əliqızı bildirib ki, valideynlərə də qriplə bağlı müəyyən tövsiyyələr olunur: ?Valideynlərə onu tövsiyyə edirik ki, əgər uşaqlarında qripin hansısa simptomlarını müşahidə edəcəklərsə, ev şəriatində müalicə olunmasına çalışsınlar. Məktəblərimizin hamısında tibb məntəqələri var. Onlar bütün şagirdlərin sağlamlığını ciddi nəzarət altında saxlayırlar.Əgər tədbirs prosesi zanamı hər hansı bir uşaqda qrpin simptomları müşahidə olunarsa, təbii ki, o uşaq dərhal digərlərindən təcrid olunacaq?. Z.Əliqızı onu da deyib ki, bununla bağlı valideynlərin təşvişə düşməsinə səbəb yoxdur: ?Səhiyyə Nazirliyi ?Donuz qiripi? ilə bağlı Azərbaycandakı vəziyyəti stabil qiymətləndirir. Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 326 məktəb var. Həmin məktəblərdə 326 minə yaxın şagird təhsil alır. Qeyd etdiyim profilaktik tədbirlər Bakının bütün məktəblərində aparılacaq?. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Vaqif Abdullayev isə Müstəqil İnformasiya Agentliyinə deyib ki, Bakı, Gəncə və Sumqayıt şəhərlərindəki bütün orta məktəblərdə şənbə və bazar günləri dizenfeksiya tədbirləri həyata keçiriləcək. Xüsusən qış mövsümü ilə əlaqədar bu tədbirlər görülür. Onun sözlərinə görə, kollektivlərdə xəstəliklərin yayılma ehtimalı böyük olduğundan, bu tədbirlər məhz insanların çoxluq təşkil edildiyi yerlərdə aparılacaq: ?Fikrimcə, belə tədbirlər əsasən orta məktəblərdə görülməlidir?. V.Abdullayev dizenfeksiya işlərinin planlı şəkildə aparıldığını da söyləyib: ?Nəqliyyat, iri həcimli müəssisələrdə dizenfeksiya işlərinin görülməsi nəzərdə tutulmur. Bu ancaq orta məktəblərdə planlı şəkildə aparılacaq. ?Donuz qripi? respublikamızda aşkarlanmayıb. Belə tədbirləri isə həm bu xəstəliyin qarşısının alınmasına, həm də qış mövsümünə hazırlıq işləri kimi qiymətləndirmək olar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA