Türk bayraqları yenidən Şəhidlər Xiyabaninda

img

28-10-2009 [12:14]


Bir müddət öncə yığışdırılan türk bayraqları yenidən Şəhidlər Xiyabaninda dalğalanır. Dünən axşamdan Şəhidlər xiyabanında Bakının azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş türk əsgərlərin xatirəsinə ucaldılan abidə ətrafına bayraqların qaytarılması prosesi başa çatıb. Hazırda abidənin ətrafında 5 Azərbaycan, 5 Türkiyə bayrağı dalğalanır. Xatırladaq ki, 1999-cu ilə qoyulmuş abidənin ətrafından bayraqlar 2009-cu il oktyabrın 16-da götürülmüşdü. Dəmir bayraq dirəkləri kəsilib çıxarılmış, yerinə daş plitələr döşənmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA