Bakı-Quba yolunda dəhzətli yol qəzası baz verib

img

28-10-2009 [11:43]


Bu gün səhər saat 05:10 radələrində Bakı-Quba yolunun 72-ci km-də, Xızı rayonunun Giləzi kəndi ərazisində Qubadan Bakıya alma gətirən ?QAZel? markalı yük maşını yolun kənarında dayanmış "Körpübinatikinti" MMC-yə məxsus ?Ford? markalı yük maşınına çırpılıb. Nəticədə ?QAZel?də yanğın baş verib. Yanğın ətrafda dayanmış digər iki yük maşınına da keçib. Güclü yanğın 4 maşına ciddi ziyan vurub. Adıçəkilən şirkətin gözətçisi Yaşma kənd sakini Səməd Cəlilov bildirib ki, partlayış qəfildən baş verib. "Yanğının gücündən maşındakılara kömək etmək mümkün olmadı". Hazırda Baş Dövlət Yol Polis İdarəsinin istintaq?təhqiqat şöbəsinin əməkdaşları hadisə yerini müayinə edir. İstintaq şöbəsinin baş müstəntiqi Hikmət Kərimov ANS PRSS-ə açıqlamasında bildirib ki, "QAZel"in sürücüsü və azyaşlı olduğu ehtimal edilən sərnişini ölüb. Meyitlər FHN xilasedicilərinin köməyilə maşından çıxarılıb. Meyitlər tibii eksprtizaya göndəriliblər. Qəzanın baş verməsində ilkin versiya kimi isə yağışlı hava şəraiti və sürücünün sükan arxasında yatması ehtimal edilir. Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA