Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baz Polis idarəsi iz adamının qətli ilə bağlı birgə məlumat yayıb

img

27-10-2009 [06:35]


Oktyabrın 25-də saat 20:00 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən zibilliyin ərazisində Balaxanı-Binəqədi avtomobil yolunun sol kənarında yanmış vəziyyətdə ?Azsamand? markalı avtomaşın, həmçinin içərisində avtomaşın sahibinin - 1957-ci ildə Şərur rayonunda anadan olan və Nərimanov rayonunda pasport qeydiyyatında olan Xanbəyi Zamanovun yanmış meyidi aşkar edilib. Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı birgə məlumata görə, cinayətin ?isti izlərlə? açılması üçün dərhal prokurorluq və Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq, əməliyyat-axtarış qrupu yaradılıb. Hadisə yerinə baxış keçirilib və meyidin xarici müayinəsi aparılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, cinayətin motivi, törədilmə üsulu, habelə cinayətin həyata keçirilməsində istifadə edilmiş alət və vasitələrin müəyyən edilməsi və zəruri ekspertizaların keçirilməsi üçün maddi sübutlar aşkar edilərək götürülüb. Aparılan istintaqla müəyyən edilib ki, həmin gün Balaxanı qəsəbəsi ərazisində yerləşən donuzçuluq fermasında işləyən və orada yaşayan Nemət Abdullayev Xanbəyi Zamanovu qəsdən öldürmək məqsədilə, onu fermada birgə işlədiyi və ər-arvad kimi yaşadığı Samirə Əzimova ilə tanış etmək bəhanəsi ilə aldadaraq görüşə dəvət edib. Balaxanı qəsəbəsində Nemət Abdullayev Xanbəyi Zamanovu Samirə Əzimova ilə tanış edib və Samirə Xanbəyinin idarə etdiyi avtomaşının qabaq oturacağında, Nemət isə arxa oturacaqda əyləşiblər. Xanbəyi Zamanovdan onu maşınla fermaya qaytarmasını xahiş edən Nemət donuzçuluq fermasına gedən yolda qanunsuz gəzdirdiyi ?Naqan? tipli tapança ilə boynunun arxasından bir dəfə atəş açaraq Xanbəyini öldürüb, sonra cinayətin izini itirmək məqsədilə avtomaşını meyidlə birlikdə benzin tökərək yandırıb. Həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da Samirə Əzimova və Nemət Abdullayev cinayəti törətməkdə şübhəli bilinərək tutulub, sonuncudan cinayətin aləti - ?Naqan? tipli tapança aşkar edilərək götürülüb. Şübhəli şəxs qismində dindirilən Samirə Əzimova və Nemət Abdullayev törətdikləri cinayət əməlini tam etiraf ediblər. Hazırda iş üzrə cinayətin digər iştirakçılarının və törədilmə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA