Milli təhlükəsizlik naziri Eldar Mahmudov Bolqarıstanda səfərdə olub

img

27-10-2009 [05:30]


Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Bolqarıstan Respublikasının Milli Kəşfiyyat Xidmətinin direktoru general-mayor Kirço Kirovun dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. MTN-nin İctimai Əlaqələr Mərkəzindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Bolqarıstanın Milli Kəşfiyyat Xidmətinin direktoru general-mayor Kirço Kirov milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun bu səfərinin təhlükəsizlik sahəsində Bolqarıstan və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsində böyük önəm daşıdığını vurğulayıb. Kirço Kirov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubileyi ilə əlaqədar nazir Eldar Mahmudovun dəvəti ilə bu ilin aprel ayında Bakıya etdiyi səfər zamanı burada gördüklərindən, xüsusən də dövlət başçısı İlham Əliyevlə keçirilmiş görüşdən aldığı dərin təəssüratları diqqətə çatdırıb. Səmimi və mehriban qarşılandığına, yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir Eldar Mahmudov, ölkəmizdə təhlükəsizliyin təmin olunması, o cümlədən enerji və nəqliyyat infrastrukturlarının təhdidlərdən qorunması, beynəlxalq terrorçuluqla, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürləri ilə mübarizə sahəsində görülmüş işlər, eləcə də regionda gedən proseslər barədə danışıb. Nazir Eldar Mahmudov bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun törətdiyi fəsadlar barədə ətraflı məlumat verib, bu problemin nəinki Cənubi Qafqaz, habelə bütün Avropa üçün də ciddi təhdid doğurduğunu vurğulayıb, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin vacibliyini bildirib. Görüşdə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb, qarşılıqlı maraq doğuran məsələlər üzrə informasiya və ekspert mübadiləsinin intensivləşdirilməsinə dair razılıq əldə olunub. Səfər zamanı milli təhlükəsizlik naziri Eldar Mahmudov Bolqarıstanın vitse-prezidenti Anqel Marin və baş nazirinin müavini, daxili işlər naziri Tsvetan Tsvetanov ilə görüşüb. Görüşlərdə Bolqarıstan və Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq səviyyəsinin, həmçinin dostluq və işgüzar münasibətlərin inkişaf etdirilməsinin hər iki ölkənin rəhbərləri tərəfindən yüksək qiymətləndirildiyi xüsusi vurğulanıb, əlaqələrin bütün istiqamətlərdə, ilk növbədə təhlükəsizlik sahəsində genişləndirilməsi mövzusunda faydalı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA