QHT-lərlə bağlı keçirilən məhkəmə prosesi narazılıq yaratı

img

27-10-2009 [05:23]


?1 saylı Bakı Yerli İqtisad Məhkəməsində hakim Qurban Abbasovun sədrliyilə ilə keçirilən məhkəmədə ?Həsrət Yolu? Əsir və Girovlara Kömək İctimai Birliyinin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına qarşı qaldırdığı iddia düzgün təmin edilmədi?. Bu sözləri deyən ?Həsrət Yolu? Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova Müstəqil İnformasiya Agentliyinə bildirib ki, hakim Qurban Abbasov onlara qarşı qərəz nümayiş etdirir: ?Əgər məhkəmə qərəz nümayiş etdirirsə, hüququm var ki, etiraz edim. Ona görə də planlaşdırmışdım ki, ayın 22-nə təxirə salınmış məhkəmə prosesinə gedəndə hakimə etirazımı oxuyub çıxacam. Lakin saat 3-də başlamalı olan məhkəmədən 20 dəqiqə sonra Qurban Abbasovun köməkçisi mənə bildirdi ki, hakim bu gün məhkəməyə gələ bilməyəcək və proses ayın 26-na təxirə salınıb. Səbəb kimi Qurban Abbasovun Ədliyyə Nazirliyində seminarda olması göstərildi?. E.Orucova bildirib ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin sədri Müseyib Hüseynova hakim Qurban Abbasovdan etiraz məktubu və eləcə də Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova da məhkəmənin obyektiv keçirilməməsilə bağlı şikayət məktub yazıb: ?Bundan sonra bildirdim ki, mən həmin məhkəmə prosesinə gəlməyəcəm. Məni məhkəmə prosesinə çağıranda da, onlara etirazımın olmasını xatırlatdım. Əvəzində isə dedilər ki, sizin etirazınız qəbul edilməyib. Sabah hansı qərarın verilməsi ilə bağlı məhkəməyə gedəcəm. Əgər qərar qarşı tərəfin xeyrinə verilibsə, onlardan apellyasiya şikayəti verəcəm?. E.Orucova onu da bildirib ki, məhkəmə Dövlət Dəstəyi Şurasının sifarişi ilə hərəkət edir: ?Mən bunu əvvəlcədən də gözləyirdim. Bütün bunlardan sonra bir daha əmin oldum ki, Azərbaycanda məhkəmələr müstəqil deyil və sifarişlə işləyirlər. Ona görə də proses Avropa İnsan Haqları Məhkəməsinə qədər davam edəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA