TQDK prokurorluq orqanlarına izə qəbul olmaq istəyənlər üçün keçirilən test imtahanının nəticəsini açıqlayıb

img

27-10-2009 [05:10]


Prokurorluq orqanlarına işə qəbul olmaq istəyənlər üçün test imtahanı artıq başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə Baş Prokurorluğun birgə təşkil etdiyi müsabiqədə namizədlər 80 vakant yer uğrunda mübarizə aparıb. TQDK-dan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, 2 mərhələdən ibarət müsabiqədə iştirak etmək üçün 545 namizəd qeydiyyatdan keçib. Lakin onlardan 17 nəfəri test imtahanlarına qatılmayıb. İddialılar 3 saat ərzində 100 suala cavab veriblər. Sualların 20-si məntiqi təfəkkürü, 80-i qanunvericiliyi əhatə edir. Qanunvericiliyi əhatə edən suallar 1 balla, məntiqi suallar 0.5 bala qiymətləndirilir. Qaydalara əsasən, 60 və daha çox bal toplayan iştirakçı ikinci mərhələ üzrə keçiriləcək yazılı imtahana buraxılmaq hüququ qazanacaq. İmtahanların nəticəsi bu gün elan olunub. Namizədlərin test imtahanında əldə etdiyi nəticələr axşam saatlarında TQDK və Baş Prokurorluğun internet saytına yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA