Abel Məhərrəmov BDU-nun yataqxanasının köçkünlərdən azad ediləcəyini bildirir

img

27-10-2009 [05:00]


Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarında yaşayan, məcburi köçkünlər başqa yerə köçürüləcəklər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov deyib. A.Məhərrəmov onu da bildirib ki, bu məsələ Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsində müzakirə olunub: ?Hazırda 7000 tələbəni yerləşdirmək mümkün olan yataqxanalarda yaşayanların 90 faizi qaçqın və məcburi köçkünlərdir. Universitetin yataqxanalarını qaçqın-köçkünlər tutduğundan tələbələr yataqxanasız qalıblar, kirayələrdə yaşamağa məcburdurlar. Mən əminən ki, BDU-nun 7 minlik yataqxanaları qaçqın-köçkünlərdən azad ediləcək və tələbələrin istifadəsinə veriləcək. Universiteti yataqxanasız təsəvvür etmirəm. Tələbə yataqxanada yaşayırsa, deməli, universitetin də vəziyyəti yaxşıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA