Azərbaycanda ?Donuz qripi? ilə bağlı təhlükə yoxdur

img

26-10-2009 [05:15]


Türkiyədə bir nəfər ?Donuz qripi?ndən dünyasını dəyişib. Bununla əlaqədar olaraq, sözügedən ölkənin Təhsil Nazirliyi məktəblərin bir həftəliyinə bağlanması qərarını verib. Müstəqil İnformasiya Agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda Azərbaycanda belə bir təhlükə yoxdur: ?Çox şükürlər olsun ki, Azərbaycanda ?donuz qripi? ilə bağlı heç bir təhlükə yoxdur. Dərman preparatlarına gəlincə, bütün ölkələrdə olduğu kimi, bizdə də məhz ?Donuz qripi? virusuna qarşı dərman yoxdur. Ümumi mövsümi qriplərə qarşı vaksinlər var. İstənilən vətəndaş şəhər və rayonlardakı poliklinikalara müraciət edə bilərlər?. Səhiyyə Nazirliyindən o da bildirilib ki, adıçəkilən virusa görə bütün lazımı tədbirlər görülür: ?Taunəleyhinə dispanser, Gömrük Xidməti və s. aidiyyatı orqanlar tərəfindən lazımı tədbirlər görülür ki, bu virus ölkəyə yayılmasın?. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı isə Səhiyyə Nazirliyi tərəfindən belə bir təhlükənin olması ilə bağlı hələki rəsmi açıqlamanın olmadığını bildirib: ?Bütün hallarda, biz hər hansı bir kritik vəziyyət yaranarsa, lazımı profolikatik tədbirlər görüləcək və şagirdlər arasında piar işləri aparılacaq?. Z.Əliqızı onu da bildirib ki, ?donuz qripi? ilə bağlı məktəblərdə şagirdlər arasında hər zaman maarifləndirmə işləri aparılır: ?Hər bir məktəbdə tibb məntəqləri var. Səhiyyə Nazirliyi tərəfindən həmin məntəqələr təyin edilmiş nümayəndələr şagirdlərlə görüşür, onlara bütün tövsiyyələrini verirlər. Səhiyyə Nazirliyindən bizə son verilən məlumata görə, məsələ ilə bağlı narahatçılığa ehtiyac yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA