Ölkəmizdə cinsi və fiziki zorakılığa məruz qalan uzaqlarla bağlı reabilitasiya mərkəzi yoxdur

img

26-10-2009 [03:36]


Bu gün Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı Azərbaycanda uşaqların vəziyyəti və BMT-nin uşaq Hüquqları Konvensiyasının icrasına dair vətəndaş cəmiyyətinin və uşaqların alternativ hesabatını ictimaiyyətə təqdim edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri giriş sözü ilə açan Uşaq Hüquqları Klinikasının sədri Nazir Quliyev hazırlanan hesabatla bağlı ətraflı məlumat verib. Onun sözlərinə görə, 2005-ci ildən Azərbaycan uşaq hüquqları ilə bağlı hesabatı BMT-yə təqdim edib: ?Bu hesabatın hazırlanmasında 80-dən çox dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının iştirak edib, işlərdə təşkilarların mənəvi və maddi dəstəyi çox əhəmiyyətlidir?. N. Quliyev fikrincə, hesabatın hazırlanması zamanı aparılan monitorinqlər zamanı məlum olub ki, Azərbaycanda uşaq müdafiə sisteminin yaradılmasına ehtiyac var: ?Uşaq müdafiə sisteminin olmaması cinsi və fiziki zorakılığa məruz qalan uşaqların sosial reabilitasiyasını çətinləşdirir. Onları yeni hüquq pozuntularından çəkindirmək çətin olur. Hüquq pozuntusuna yol verən uşaqlar valideyn nəzarətindən kənar uşaqlardır. Bundan əlavə, ölkəmizdə cinsi və fiziki zorakılığa məruz qalan uşaqlarla bağlı reabilitasiya mərkəzi yoxdur. Cinsi və fiziki zorakılığa məruz qalan uşaqlar üçün reabilitasiya mərkəzinin olmadığından uşaqların valideynlərdən ayrılması daha üstün tutulur. Bu gün insan alveri ən ciddi problemdir. Cinsi və fiziki zorakılığa məruz qalan uşaqların da böyük əksəriyyəti gələcəkdə insan alverinin qurbanına çevrilir. Tərbiyə müəssisələrini tərk edən uşaqların sonrakı vəziyyəti ilə bağlı çətinliklər mövcuddur. Həmin uşaqları çox zaman cəmiyyət qəbul etmir və bu da mənfi fəsadlara təsir göstərir?. Tədbirin davamında müxtəlif dövlət qurumlarının, QHT-lərin nümayəndələri uşaq hüquqları sahəsindəki mövcud vəziyyət, problemlər barədə ətraflı məlumat verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA