Ölkə ərazisində havalar soyuyacaq, intensiv yağızlar yağacaq

img

26-10-2009 [02:12]


Bu gün Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s, arabir 23-25 m/s olacaq, yarımadanın bəzi yerlərində 28 m/s-dək güclənəcək. Havanın temperaturu gündüz 15-17, axşam 13-15 dərəcə olacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometroloji Proqnozlar bürosunun direktoru İmran Məmmədov məlumat verib. Onun sözlərinə Bakı da və Abşeron yarmadasında səhər saatlarında yağan yağışlar, gün ərzində də yağması ehtimalı var. Bu cür qeyri hava sabit şəraiti ilə əlaqədar olaraq, havanın temperaturu da əvvəl ki, günlərdə müqayisədə havanın temperaturu 5-8 dərəcə aşağı enib. Bu gün dündüz saatlarında havanın temperaturu həm bölgələrimizdə, həm də Bakıda və Abşeron yarmadasında 15-17 dərəcə isti gözlənilir?. İ.Məmmədov bildirib ki, oktyabrın 27-də əsasən hava şərati intensiv olacaq: ?Hava şəraiti yağışla müşahidə olunacaq. Bəzi yerlərdə intensiv olacağı gözlənilir. Bakıda və Abşeron yarmadasında isə gecə və axşam saatlarında qısa müddətli yarmadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur. Sabah gündüz saatları yağmursuz gecəcəyi ehtimal edilir. Şimal küləyi səhər saatlarında nisbətən zəifləyəcək. Gündüz saatlarında Şimal-Şərq küləyinə kecəcək. Günün 2 yarısında isə mülayim Cənib küləyi ilə əvəz olunacaq. Bu mülayim Cənub küləyi 28 və 29 oktyabrda da üstünlük təşkil edəcək. 28 və 29 oktyabrda gündüz saatlarında arabir küclənəcək. Lakin 28 və 29 oktyabr Bakıda və Abşeron yarmadasında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Havanın temperaturu əvvəlki günlərə nisbətən yüksələcək. Gecə saatlarında 10-14 arasında, gündüz saatlarında isə 18-20 dərəcə istə müşahidə olunacaq. 29 oktyabrda isə havanın temperaturu isə 19-22 dərəcə isti ilə müşahidə olunacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA