Qubada silahlı insident baz verib

img

26-10-2009 [11:35]


Dünən saat 17.00 radələrində Quba rayonunun Paşaoba kəndinə silahlı insident baş verib. Kənd sakini Orxan Musayev ov tüfəngindən açdığı atəşlə həmkəndliləri ? 20 yaşlı Xəzər Dadaşova çiynindən, 16 yaşlı Ümid Ruhullayevə isə boğaz nahiyəsindən xəsarət yetirib. Məlumata görə, xəsarət alanlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. X.Dadaşovun da vəziyyət ağır qiymətləndirilir. Quba rayon prokuroru Nazim Hacıyev ANS PRESS-ə bildirib ki, oktyabrın 25-də saat 17.00 radələrində rayonun Paşaoba kəndində kənd sakini 23 yaşlı Orxan Musayev qoşa lüləli ov tüfəngdən atəş açaraq həmkəndliləri ? 20 yaşlı Xəzər Dadaşova çiyin, 16 yaşlı 7-ci sinif şagirdi Ümid Ruhullayevə isə boğaz nahiyəsindən xəsarət yetirib. Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır. O.Musayev keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılnıb. O, ifadəsində bildirib ki, hadisəni törətdiyi silah babasına məxsusdur. O, hadisəni şəxsi münasibətləri zəminində qisas almaq üçün törədib. Belə ki, hadisədən əvvəl zərərçəkmiş Xəzər Dadaşov Orxan Musayevin qardaşının həyat yoldaşı ilə yaxın münasibətləri olub. O, bunu bildikdən sonra onu öldürmək qərarına gəlib. Faktla bağlı Quba rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA