Xanım Xəlilova Türkiyə televiziyalarında çıxız edib

img

25-10-2009 [06:42]


"Şəhidlər Xiyabanında uyuyan qəhrəman mehmetciklər Anadolu türklərinin Azərbaycan xalqına əmanətidir. Bu əmanəti göz-bəbəyi kimi qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur". Bu sözləri Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin həmsədri Xanım Xəlilova deyib. Türkiyə ilə Azərbaycan arasında yaranan bayraq qalmaqalına münasibət bildirən alim hər iki tərəfin müəyyən səhvlərə yol verdiyini vurğulayıb: "Bursada Azərbaycan bayrağının stadiona aparılmasının qadağan olunması böyük səhv idi. Düzdür, bununla bağlı FİFA-nın qərarı vardı. Amma rəsmi Ankara nəyin bahasına olursa-olsun, vəziyyətdən çıxış yolu tapmalıydı". X.Xəlilova deyib ki, Türkiyə-Ermənistan matçından sonra baş nazirin müşavirini arayaraq, ona etirazını bildirib. Müsahibimiz iki ölkə arasında dostluğun əbədi olduğunu deyib: "Oktyabrın 24-də Türkiyənin "Kanal-A" televiziyasında çıxış edib, mövzu ilə bağlı fikirlərimi açıqladım. Canlı yayımda olarkən Bursa valisi Şihabəddin Harpurta müraciət edib, Türkiyə-Ermənistan futbol matçının keçirildiyi gün Azərbaycan bayrağına qarşı hörmətsizlik edən polis əməkdaşı barədə tədbir görülməsini xahiş etdim. Təqdirəlayiq haldır ki, mənim çıxışımdan cəmi bir saat sonra həmin polis əməkdaşı cəzalandırıldı. Oktyabrın 25-də isə "Səs" televiziyasında canlı yayımda çıxış edəcəyəm. İstər Türkiyə, istərsə də Azərbaycan aydınları ölkələrimiz arasındakı dostluq əlaqələrinin zədələnməsinə imkan verməməlidirlər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA