General-leytenant Vilayət Eyvazov Milli Məclisdə hesabat verəcək

img

25-10-2009 [03:10]


Milli Məclisin oktyabrın 27-də keçiriləcək iclasında Azərbyacan Respublikasının insan alverinə qarşı mübarizə üzrə milli koordinatorunun illik məlumatı dinləniləcək. Qeyd edək ki, Azərbaycan prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" təsdiq edilib. Milli Fəaliyyət Planına əsasən, Daxili İşlər Nazirliyinin 19 may 2004-cü il tarixli əmri ilə Azərbaycan Respublikası İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxs - Milli Koordinator təyin edilmiş və Dİ?-də İnsan Alverinə qarşı Mübarizə İdarəsi yaradılmışdır. Milli Koordinator-daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov təyin edilib. Milli Məclisin oktyabrın 27-də keçiriləcək iclasında Milli Koordinator Vilayət Eyvazov deputatların qarşısında çıxış edəcək. Qeyd edək ki, son illərdə ölkəmizdə insan alverinə qarşı aparılan mübarizənin istənilən səviyyədə olmadığı bildirilirdi. Amma böyük ehtimalla spiker Oqtay Əsədov bu mövzuda parlamentdə geniş müzakirə açılmasına imkan verməyəcək. Həmçinin oktyabrın 27-dəki iclasda "Gömrük Əməkdaşlığı Şurasının yaradılması haqqında" Konvensiyaya dəyişikliklərin təsdiq edilməsi barədə", "Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında", "Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında" qanun layihələrinə baxılacaq, "Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Bələdiyyə qulluğu haqqında", "Prokurorluq haqqında", "?otariat haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Bələdiyyə üzvünün statusu haqqında", "Dövlət qulluğu haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Rəsmi statistika haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara dəyişikliklər və əlavələr ediləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA