Azərbaycan bayrağına sayğısızlıq edən türk polisi cəzalandırıldı

img

24-10-2009 [05:47]


Türkiyə-Ermənistan milli komandaları arasındakı matçda stadiona daxil olması qadağan Azərbaycan bayrağını qutuya atdığına görə bir polis əməkdaşı işdən uzaqlaşdırılıb. Müstəqil İnformasiya Agentliyi Türkiyənin ?Hürriyət? qəzetinə istinadən xəbər verir ki, Bursa valisi Şahabəttin Harput 14 Oktyabrdakı türkiyə-Ermənistan milli matçı əvvəli, Bursa Atatürk Stadionuna daxil olması qadağan olunan Azərbaycan bayraqlarının yığışdırılmasıyla əlaqədar aparılan araşdırmanın başa çatdığını bildirib. Vali keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə-Ermənistan futbol matçının keçirildiyi stadionun giriş dəhlizində nəzarət və axtarışlar zamanı bəzi Azərbaycan bayraqlarının xoş olmayan görüntüləri qeydə alınıb. Faktla bağlı 1 polis rəisi və 2 sıravi polis barəsində intizam istintaqı başladılıb. Ş. Harputun verdiyi məlumata görə, bir polis məmuru işdən uzaqlaşdırılıb, digər iki polis isə ciddi töhmət alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA