Misir Mərdanov: ?Baz verən hadisə hamımız üçün ciddi bir xəbərdarlıqdır?

img

24-10-2009 [02:29]


?Sumqayıt şəhərində 38 nömrəli məktəbdə baş verən hadisəyə görə çox təəssüflənirəm. Eyni zamanda, sevindirici haldır ki, zəhərlənən uşaqlara ciddi ziyan dəyməyib?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə təhsil naziri Misir Mərdanov deyib: ?Mənə elə gəlir ki, baş verən hadisə hamımız üçün ciddi bir xəbərdarlıqdır. Yəni nəyisə haradansa alanda diqqətli olmaq lazımdır. Müəyyən qüvvələr var ki, hər şeyə cəhd eləmək gücündədir. Ona görə də belə məsələlərdə hər zaman ehtiyatlı olmalıyıq?. Nazir, Azərbaycan Beynəlxalq Universitetinin binasının söküləcəyi ilə bağlı məsələyə aydınlıq gətirərkən, bu məsələdən xəbərsiz olduğunu nəzərə çatdırıb. M.Mərdanov onu da bildirib ki, məktəblərin istilik sistemindəki problemlər aradan qaldırılmaq üzrədir: ?Bu xüsusən şəhərlərdə və rayon mərkəzlərində intensiv şəkildə özünü göstərir. Eyni zamanda, kəndlərdə məktəblərin nə ilə və necə qızdırılması haqqında da ənənəvi tədbirlər həyata keçirilir. Hesab edirəm ki, ən azı bu ilki dərs ilində qışda məktəblərimizin qızdırılması əvvəlki illərdən müsbət mənada xeyli fərqlənəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA