Təhsil naziri pedaqoji kadrlarla bağlı problemləri etiraf etdi

img

24-10-2009 [02:28]


Bu gün Təhsil Nazirliyində ölkədəki pedaqoji kadrların ixtisasartırma təhsili ilə bağlı mövcud problemlər və təkliflər haqqında tədbir keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə ixtisasartırma təhsil müəssisələri haqqında ümumi məlumat, bu sahədə görülən işlər, beynəlxalq təşkilatlarla birgə işlənilən layihələr, ixtisasartırma təhsil müəssisələrində vəziyyətlə bağlı aparılan monitorinqlərin nəticələri, bu sahədəki problemlər, dünya təcrübəsi, təklif edilən yeni model və kollegiya qərarına təkliflər müzakirə edilib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov pedaqoji kadrların ixtisasartırma təhsili ilə bağlı mövcud problemlər və təklif edilən yeni modelə toxunub. Onun sözlərinə görə, bir çox şəhər və rayonlarda pedaqoji kadrların ixtisasartırma təhsili ilə bağlı problemlər mövcuddur: ?Aəzərbaycan Müəllimlər İnstitutunun (AMİ) Şamaxı, Salyan, Cəlilabad, Zaqata filiallarında ixtisasartırma təhsili həyata keçirmək üçün kifayət qədər pedaqoji kadr potensialı yoxdur. Araşdırmalardan məlum olub ki, AMİ-nin Ağcabədi filialında 2006-ci ildə Şəhla Məmmədova həmin filialda bakalavr təhsilini başa vurmamış, yəni mövcud normativ sənədlərin tələbləri pozularaq işə qəbul edilib. Bu tendensiya Sumqayıt şəhəri və Salyan filiallarında da mövcuddur. Hətta müəllimlərə ixtisasına uyğun olmayan dərslərin verilməsi problemləri də var?. Təhsil naziri onu da bildirib ki, bir çox təhsilidarəetmə orqanları tərəfindən ixtisasartırma təhsili üzrə müqavilənin şərtləri yerinə yetirilmir: ?İxtisasartırma təhsilini bitirənlərə sənədlər və ya vəsiqələr düzgün verilmir. Məsələn, Salyan rayonunda 1610 nəfərdən 1050 nəfəri ixtisasartırma təhsili ilə bağlı sənəd almayıb. Belə çıxır ki, bizim gördüyümüz işlər hədər və mənasızdır. Ümumilikdə 2900 nəfərdən 2023-ü vəsiqə almayıb. Bundan əlavə, 2 ildə Kürdəmir və Ağsu rayonlarından ixtisasartırma təhsilinə bir nəfər də olsun müəllim göndərməyiblər. Bu problem Zərdab, Qəbələ, Zaqatala və Gədəbəydə də mövcuddur. Nə qədər ki, bu cür prolbemlər olacaq, heç vaxt uğur qazana bilməyəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA