Sumqayıt qadınları pensiya yaz həddinin qaldırılmasına etiraz edirlər

img

24-10-2009 [02:17]


Sumqayıt şəhərinin bir qrup qadın sakini pensiya yaş həddinin qaldırılması ilə bağlı bəyanat veriblər. Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda qeyd olunur ki, hazırkı ağır sosial-iqtisadi durumda hökumətin belə bir addım atması yanlışdır: ?Hazırda insan amili, xüsusiylə də qadınlar diqqətdən kənarda qalıb. Uşaq pulları ləğv edilib, pensiya yaş həddi yüksəldilib, qadınlar üçün iş yerləri məhdudlaşdırılıb, qadın əməyi lazımınca qiymətləndirilmir. Bir tərəfdən də iqtisadi böhran vəziyyəti son dərəcədə kəskinləşdirib. İxtisarlar, sonu görünməyən, özbaşına məzuniyyətlər, əmək haqlarının ödənilməməsi yaxud gecikdirilməsi adi hala çevrilib. Belə bir vəziyyətdə qadınlar üçün onsuz da yüksək olan pensiya yaş həddinin yenidən 60 yaşadək artırılacağı, bununla əlaqədar Milli Məclisdə müzakirələr aparılacağı bizi son dərəcə hiddətləndirib. Bu qədər haqsızlıq, bu qədər ədalətsizlik olarmı? Bunun yaşlı nəslin vəziyyətini daha da çətinləşdirəcəyi çox sadə həqiqətdir. Biz pensiya yaş həddinin yüksəldilməsinə qəti etirazımızı bildirir, bu yol verilməməsini tələb edirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA