Milli Məclisdə ?Fərdi məlumatlar haqqında? Qanun layihəsi üzərində iz aparılır

img

24-10-2009 [01:35]


Azərbaycan Milli Məclisində hazırlanmış ?Fərdi məlumatlar haqqında? yeni qanun layihəsi üzərində ciddi iş aparılır. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, parlamentdə layihənin birinci oxunuş müzakirəsi zamanı səslənmiş rəy və təkliflərin böyük əksəriyyəti işçi qrup tərəfindən diqqətlə araşdırılır. Onların bəziləri ikinci oxunuşda nəzərə alınacaq. Layihə hazırlanarkən beynəlxalq sənədlər və qabaqcıl ölkələrin təcrübəsi diqqətlə öyrənilib. Bu qanun fərdi məlumatların toplanılması, işlənilməsi, mühafizəsi ilə bağlı münasibətləri, milli informasiya məkanının fərdi məlumatlar seqmentinin formalaşdırılması, həmçinin fərdi məlumatların transsərhəd ötürülməsi ilə əlaqədar məsələləri tənzimləyəcək, bu sahədə fəaliyyət göstərən müvafiq dövlət və yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edəcək. Qanunun əsas məqsədi fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinin qanunvericilik əsaslarının və ümumi prinsiplərinin, dövlət tənzimlənməsinin qayda və tələblərinin, fərdi məlumatların informasiya ehtiyatlarında formalaşdırılması, informasiya sistemlərinin yaradılması, informasiyanın verilməsi və ötürülməsi qaydalarının, bu prosesdə iştirak edən şəxslərin hüquqlarının, vəzifələrinin və məsuliyyətinin əsaslarının müəyyən edilməsi, hüquq və azadlıqların, o cümlədən şəxsi və ailə sirrinin toxunulmazlıq hüququnun müdafiəsini təmin etməkdir. Layihədə ümumi müddəalar, istifadə olunan əsas anlayışlar, fərdi məlumatlar sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi, fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinin əsas prinsipləri, fərdi məlumatların hüquqi rejimi və mühafizəsi, fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi və s. müddəalar əksini tapıb. Layihə yaxn vaxtlarda ikinci oxunuşda parlamentin müzakirəsinə çıxarılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA