Mübariz Mənsimov türk zirkəti ilə 200 milyon dollarlıq müqavilə imzalayıb

img

23-10-2009 [07:33]


Ermənistan arasındakı yaxınlaşma səbəbiylə Azərbaycanla əlaqələrin gərildiyi son dövrdə Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Türk gəmi istehsal şirkətiylə 200 milyon dollarlıq razılaşma imzalayıb. Müstəqil İnformasiya Agentliyi Türkiyənin ?Hürriyyət? qəzetinin saytına istinadə xəbər verir ki, Palmali? Şirkətlər Qrupu ?Beşiktaş? Şirkətlər Qrupunun nəzdindəki ?Beşiktaş? Gəmi İnşaatı şirkətinə 7100 ton yük daşıma qabiliyyətinə malik 10 gəmi və tankerin tikintisi ilə bağlı sifariş verib. Bununla bağlı şirkətlər arasında 200 milyon dollar məbləğində müqavilə imzalanıb. Gəmilər 2010-2013-cü illər arasında ?Palmali? Şirkətlər Qrupuna təhvil veriləcək. Qeyd edək ki, Palmali? Şirkətlər Qrupunun hazırda 130 gəmi və tankeri var, dünyada ən böyük dəniz yük daşımaları şirkətləri sırasında yer alır.. Palmali Groupun Akatlardakı holdinq binasında reallaşdırılan imza mərasiminə Palmali CEOi Marif Mansimov, Beşiktaş Şirkətlər Qrupu İdarə heyəti Baş Köməkçisi Yavuz Kalkavan, Palmali İdarə heyəti Üzvü Alaattin Aykaç, Palmali Dənizçilik Qrupu Başçı Köməkçisi Yuri Isupov, Beşiktaş Gəmi İnşaya Qrupu Başçısı Murad Bener və Beşiktaş Şirkətlər Qrupu İdarə heyəti Üzvü Giorgio Denaro qatılıb. Cəmi 200 milyon dollar məbləğindəki razılaşma çərçivəsində tankerlər, 2010 Aralıq/dekabr və 2013 Sentyabr tarixləri arasında Palmaliyə təslim ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA