Ağır Cinayətlərə Dair izlər üzrə Məhkəmədə bir nəfər öldü

img

23-10-2009 [05:10]


Bu gün günortadan sonra Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bir nəfər dünyasını dəyişib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə nəvəsinin işiylə bağlı məhkəmə prosesinə gedən Solmaz Quliyeva başının ağrıması səbəbi ilə iclas zalından çıxıb. Bir qədər keçəndən sonra isə dünyasını dəyişib. Bəziləri mərhumun ürəktutmasından, digərləri isə beyinə qan sızması səbəbindən vəfat etdiyini bildirirlər. Verilən məlumatlarda o da bildirilir ki, S.Quliyeva Ağdam rayonunun Qaradağlı kəndindəndir. Hazırda hadisə yerində polis və məhkəmə-tibbi ekspertizanın ekspertləri işləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA