Azərbaycan və Türkiyə ictimaiyyətinə yeni müraciət ünvanlandı

img

23-10-2009 [04:46]


Bu gün Azərbaycan Media Mərkəzində ?Jurnalistlər Ekstremal Şəraitdə? İctimai Birliyinin təşəbbüsü ilə son günlər Azərbaycan-Türkiyə arasında yaranmış gərginliklə bağlı dəyirmi masa keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ?Jurnalistlər Ekstremal Şəraitdə? İctimai Birliyinin sədri Firuzə Əsədullayeva bildirib ki, Azərbaycan və Türkiyə arasında dövlət bayraqlarına münasibətdə baş verən qalmaqal daha ciddi anarazılıq yaradıb. Onun sözlərinə görə, hər iki dövlət bu məsələdə təmkin və səbr nümayiş etdirməlidirlər. Aydınlar Birliyinin təmsilçisi Aqil Səmədbəyli Azərbaycan və Türkiyə iqtidarının yanlış seçimlər etdiklərini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda Türkün bayrağına sayqısızlıq Türkiyədə birmənalı qarşılanmır: ?Hamı yaxşı bilir ki, Türkiyədə bayraq son dərəcədə müqəddəsdir. Hökumətin Türk bayrağını yığışdırması səhv siyavsətin bariz nümunəsidir. Hər iki ölkədə atılan addımlar xalqların iradəsindən asılı deyil. Nəzərinizə çatdırım ki, biz oktyabrın 29-da bayraq kampaniyası keçirəcəyik?. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə Türkiyənin Azərbaycanın yeganə strateji və dost ölkə olduğunu nəzərə çatdırıb: ?Qonşumuz olan İran Ermənistana dəfələrlə hər sahədə yardımlar edir. O zaman Güney azərbaycanlıları da bu məsələyə biganə qaldılar və səslərini çıxarmadılar. BMT-də də Dağlıq Qarabağla bağlı 4 qətnamə qəbul edilib. Ancaq böyük güclər, xüsusən də ABŞ Ermənistanın bu qətnamələrə riayət etməsinə təzyiq göstərmir. Lakin sərhədlərin açılması ilə Türkiyənin məcbur edir ki, protokolları imzalasın. Unutmamalıyıq ki, Azərbaycan Türkiyə ilə münasibətlərini pozsa, dünya arenasında təklənəcək?. Hərbi-jurnalist Üzeyir Cəfərov isə replika ilə çıxış edərək ?Yəqin hökumət özünə yeni tərəfdaş tapıb?,- dedi: ?Azərbaycan bu vaxta qədər Türkiyə ilə hərb sahəsində ciddi sənəd bağlamayıb. Türkiyə istəsə də, rəsmi Bakı bu məsələdə maraqlı olmayıb. Düzdür, Türkiyə son günlər Azərbaycana qarşı sayqısızlıq edir. Amma Türkiyədə təmsil olunan iqtidar, 72 milyonluq Türkiyə demək deyil. Ona görə də biz təxribatlara uyub, xalqlararası münasibətlərimizi korlamamalıyıq?. Türkiyənin Bakıdakı səfirliyinin nümayəndəsi Bülənt Uğur isə heç bir dövlətin Azərbaycanla Türkiyənin arasına nifaq sala bilməyəcəyini vurğulayıb: ?Mənə elə gəlir ki, media da bu məsələdə ehtiyatlı olmalıdır. Çünki xalq medianın sözünə inanır. Dezinformasiyalar cəmiyyəti çaşdıra bilər. İqtidar gəldi gedərdi, lakin xalqlar əbədidir. 1918, 1990 və 1993-cü illəri xatırlayın. Bu tarixlərdə dostunuzun kim, düşmənizin kim olduğunu bizlərdən yaxşı bilirsiniz. 1918-ci ildə Nuru paşa Bakıya gəlməsəydi, indi bu məkan erməni məkanı idi. Qarabağ Azərbaycan kimi, Türkiyənin də milli məsələsidir. Bayraq hər bir dövlətin şərəfidir. Türkiyə-Yunanıstan müharibəsi zamanı Mustafa Kamal Atatürk bir əsgərin yunan bayrağını tapdalamasını görəndə dərhal deyir: ?Bayrağı götür və onun yerindən as. Çünki bayraq hər bir dövlətin şərəfidir?. Ona görə də bizlər hər bir dövlətin bayrağına və şərəfinə hörmət edirik. Bursadakı hadisə provakasiya idi. O provakasiyanı törədənlər də layiqli cəzalarını alacaqlar?. Tədbirin sonunda ?Jurnalistlər Ekstremal Şəraitdə? İctimai Birliyi tərəfindən Azərbaycan və Türkiyə ictimaiyyətinə müraciət ünvanladı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA