Artıq krizis vəziyyətinə düzən gənc pulsuz psixoloq yardımı ala biləcək

img

23-10-2009 [03:18]


14-29 yaşda olan və krizis vəziyyətinə düşmüş yeniyetmə və gənclərə ilkin psixososial yardımın göstərilməsi krizis telefon xəttinin fəaliyyətinin əsas səbəblərindən biridir. Gəncə qarşı zorakılıq, yaxın adamın itirilməsi, alkoqola, narkotiklərə qurşanma, ağır, sağalmaz xəstəlik haqqında diaqnoz, sevdiyi adamla ayrılıq, münasibətlərin kəsilməsi, ailədaxili konfliktlər və s krizis vəziyyətinə düşmənin səbəbi ola bilər. Bu kimi hallarda gənc insana psixoloji dəstək göstərilmədikdə qeyri-adekvat addımların atılması ? məsələn, başqalarına və ya özünə qəsd, psixoaktiv maddələrdən istifadə və s. mümkündir. 510 66 36 nömrəli Krizis telefon xətti Gənclər və İdman nazirliyi tərəfindən dəstəklənən və ?İnkişaf naminə təşəbbüs? İctimai Birliyi tərəfindən həyata keçirilən layihədir. Qeyd etmək lazımdır ki, 2006-07-ci illərdə bu layihə Nazirlik tərəfindən dəstəklənmiş, 6 mindən yuxarı qəbul edilmiş zəng və göstərilmiş dəstək nəticəsində xidmətin vacibliyini sübut etmişdir. Xidmət pulsuz və anonimdir. Xətdə xüsusi hazırlıq keçmiş peşəkar psixoloq və psixiatrlar çalışır. Hazırda gənclərə əyani dəstək göstərilməsi üçün Krizis telefon xətti 6 dövlət və 4 qeyri-hökumət xidmətləri ilə əlaqə yaratmışdır. Gənclərin problemləri ilə əlaqədar Krizis xəttinə valideynlərdən, digər yaşlı əhalidən də zənglər gəlir. Abonent tərəfindən qaldırılıan bütün məsələlər xüsusi hazırlanmış ?krizis vəziyyətlərin kodifikatoru?na əsasən məlumat bazasına daxil edilir. Bu məlumatlar ətraflı və etibarlı məlumat bankını formalaşdırmağa, hazırda gənclərin hansı problemlərlə üzləşdiyini araşdırmağa imkan yaradır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA