Ağdazda silahlı qətl törədən zəxs polisin keçirdiyi əməliyyat zamanı öldürüldü

img

23-10-2009 [11:30]


Oktyabrın 19-da Ağdaşda avtomat silahdan atəş açaraq bir nəfəri öldürüb, bir nəfəri isə yaralayan Ruzman Hüseynov zərərsizləşdirilib. Ağdaş Rayon Polis Şöbəsindən verilən məlumata görə, R.Hüseynovun zərərsizləşdirilməsi istiqamətində aparılan əməliyyat zamanı polis əməkdşları tərəfindən öldürülüb. Belə ki, bu gün gecə saatlarında keçirilən əməliyyat zamanı R.Hüseynovun yaşadığı evin yanında gizləndiyi müəyyən edilib. Bundan sonra əməliyyatçılar caniyə hücum edib, amma hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərən R.Hüseynov öldürülüb. Məlumatda o da bildirilir ki, əməliyyat zamanı Daxili Qoşunların vertolyotlarından istifadə olunub. Onun bu günə qədər meşədə gizləndiyi bildirilib. Xatırladaq ki, oktyabrın 19-da Ağdaş rayonunun Kotalan kənd sakini, oğurluqda təqsirləndirilən 1957-ci il təvəllüdlü Hüseynov Ruzman Şamil oğlu onu həbs etmək istəyən rayon Polis Şöbəsinin əməkdaşlarına avtomat silahdan atəş açıb. Polis Şöbəsinin əməkdaşları R.Hüseynovun evinə gəlib. Bu zaman axtarışda olan şəxs avtomat silahdan atəş açaraq polisə müqavimət göstərib. Hadisə yerinə əlavə polis qüvvələri cəlb olunub. Bu dəfə R.Hüseynov polis əməkdaşlarına qumbara atıb. R.Hüseynovun evi 6 saata yaxın mühasirədə saxlansa da, o, gizli yola hadisə yerindən qaçıb. Axşam saat 22.00 radələrində isə R.Hüseynov kəndin keçmiş icra nümayəndəsi, 1971-ci il təvəllüdlü Baxşəli Seyfənovun evinə gələrək, ona avtomatdan atəş açaraq öldürüb. R.Hüseynov kənd sakini, 1972-ci il təvəllüdlü Əhmədov Famil Qurban oğluna avtomatdan atəş açaraq, onu ağır yaralayıb. Faktla bağlı CM-in 29,120.2.3, 29,120.2.4, 29,120.2.7-ci (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetrməsi ilə əlaqədar önun özünü və ya iki vəya daha artıq şəxsi öldürmə cəhd), 120.2.10-cu (təkrarən qəsdən adamöldürmə) və 228-ci (qanunsuz odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə) maddələri ilə cinayət işi açılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA