Sabir Rüstəmxanlı Dəniz Baykal və Dövlət Bağçalıya təzəkkür məktubu göndərib

img

22-10-2009 [06:03]


Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, deputat Sabir Rüstəmxanlı Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykal və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalıya məktub göndərib. DAK-ın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, S.Rüstəmxanlı məktubunda son vaxtlar Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması fonunda Türkiyə-Azərbaycan münasibətlərinin gərginləşdiyini vurğulayaraq, ?Türkiyə Cümhuriyyəti Avropa Birliyinə girmək üçün müxtəlif ?islahat? və ?açılım? kimi nəticəsi bəlli olmayan riskli bir yola sürüklənməkdədir. Bunlar azmış kimi, son günlər Türkiyə və Ermənistan arasında protokol imzalanması və bunun ardınca hər iki ölkədəki bayraq təxribatları millətimizi üzüb?, qeyd edib. S.Rüstəmxanlı CHP və MHP-nin türk millətinin iki dövləti olan Türkiyə və Azərbaycanı uçuruma doğru sürükləyənlərə qarşı haqlı mövqe tutmasını müsbət qiymətləndirib: ?Bu çətin günlərdə sizin ədalətli mövqe tutmağınız və Azərbaycanın hüquqlarını müdafiə etməyiniz Türkiyəyə, Azərbaycana və türklüyə xidmətin dəyərli bir örnəyidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA