ilham Əliyev iranın xarici izlər nazirinin müavini qəbul edib

img

22-10-2009 [05:41]


Prezident İlham Əliyev İranın xarici işlər nazirinin müavini Mehdi Səfərini qəbul edib. Görüş zamanı Mehdi Səfəri İran prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlət başçısına çatdırıb. Seçkilərdən əvvəl Azərbaycanda olduğunu vurğulayan qonaq, ötən dövr ərzində ölkəmizdə, xüsusilə Bakı şəhərində çoxlu müsbət dəyişikliklərin baş verdiyini deyib və əldə olunan yüksək nailiyyətlərə görə dövlət başçısını təbrik edib. Ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirən dövlət başçısı gələcək əməkdaşlıq üçün də yaxşı perspektivlərin olduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycan ilə İran arasında dostluq münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib. Dövlət başçısı prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran prezidentinə çatdırmağı xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA