Dünyada 1 milyard insan aclıqdan əziyyət çəkir və hər il 500 min qadın tələf olur

img

22-10-2009 [02:48]


Hər il olduğu kimi, bu ildə BMT-nin başlatdığı və yoxsulluğa qarşı mübarizə günü ərəfəsində keçirilən ?Ayağa qalx, Fəal ol, Yoxsulluğa Son qoy? kampaniyası dünya üzrə 173 milyondan artıq insanı səfərbər edərək tarixdə ən böyük insan səfərbərliyi kimi Ginnesin Rekordlar kitabına düşüb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə BMT-nin Bakı ofisindən məlumat verilib. Məlumatda bildirilir ki, bu həftə 120 ölkədə 3000-dən artıq tədbirdə iştirak edərək öz hökumətlərindən ifrat yoxsulluğa son qoymaqlarını və Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmağı tələb edən 173, 045,325 vətəndaşın bir araya gəlməsi nəticəsində yeni Ginnes Dünya Rekorduna imza atıldı. Artıq dörd ildir keçirilən ?Ayağa Qalx, Fəal ol, Yoxsulluğa Son Qoy? kampaniyası keçən illə müqayisədə 57 milyon artaraq bu il Ginnesin Dünya Rekordu tərəfindən insanların ən böyük səfərbərliyi kimi təsdiq olundu. Nyu Yorkda BMT Beynəlxalq Məktəbində keçirilən Ayağa Qalx tədbirində 1, 500-dən çox şagirdə başçılıq edən BMT-nin baş katibi Ban ki Mun qeyd edib ki, ?biz ayağa qalxsaq, fəal olsaq yoxsulluğa son qoya bilərik. Və ?Ayağa qalx? kampaniyası bunun təzahürüdür. Məhz buna görə də Minilliyin İnkişaf Məqsədlərini diqqət mərkəzində saxlamaq üçün, biz gələn il Birləşmiş Millətlər Təşkilatında Sammit keçirməyə hazırlaşırıq?. Asiyada 100 milyondan (101, 106,845) artıq insan; Afrikada 37 milyondan artıq insan (37, 848,412); Ərəb regionunda 31 milyondan artıq (31, 394,459); Avropada 2 milyondan artıq (2, 102,121); Latın Amerikasında 200,000 (229,371); Şimali Amerikada 200, 000 - ə yaxın (191, 535); və Okeaniyada 170,000 ? dan artıq(172,582) insan iştirak edib. Hazırda bütün dünyada bir milyard insan aclıqdan əziyyət çəkir və hər il 500 min qadın hamiləlik zamanı və ya uşaq dünyaya gətirərkən tələf olur. Bu ölüm hallarından çoxunun qarşısını almaq mümkündür. Bu səfərbərlik BMT-nin Minillik Kampaniyası ilə bərabər Yoxsulluğa Qarşı Hərəkata Qlobal Çağırış, BMT-nin İctimai İnformasiya Departamenti və BMT informasiya mərkəzləri tərəfindən koordinasiya edilib. Məlumatda o da bildirilir ki, bu kampaniyaya Azərbaycandan da qoşunlar var. Belə ki, BMT-nin İctimai İnformasiya Departamenti (UN DPI), Britaniyanın OXFAM beynəlxalq humanitar təşkilatının Bakıdakı ofisi və Gəncədə yerləşən ?Gələcəyə Körpü? Gənclər İctimai Birliyinin birgə səyi ilə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərində BMT-nin başlatdığı kampaniyada beş yüzdən çox Azərbaycan vətəndaşı yoxsulluğa qarşı qlobal çağırışa dəstək verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA