Ombudsman Beynəlxalq Təzkilatın ölkəmizdəki rəhbəri ilə görüzüb

img

21-10-2009 [04:41]


Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki missiyasının rəhbəri Vasili Yujanin ilə görüşüb. Ombudsman miqrasiya proseslərinin dünyada gedən qloballaşmanın göstəricilərindən biri olduğunu və bu proseslərin tənzimlənməsinin hər bir ölkənin inkişafı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, qonşu Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, bir milyon insanın öz yurdunda qaçqına və məcburi köçkünə çevrildiyini, bu ağır vəziyyətin uzun illərdir ki, davam etdiyini bildirib. Ölkəmizdə miqrasiya prosesləri ilə bağlı həm qanunvericilik üzrə, həm də institusional sahədə mühüm addımlar atıldığı vurğulanıb. Müvəkkil respublikamızda baş vermə səbəblərindən asılı olaraq, məcburi miqrasiya və sosial-iqtisadi miqrasiyanın mövcud olduğunu diqqətə çatdırıb. V.Yujanin Azərbaycanda müxtəlif kateqoriyalardan olan miqrantların vəziyyəti ilə maraqlanıb, miqrantların problemlərinin qlobal xarakter daşıdığını, qaçqın və məcburi köçkünlərin problemləri ilə sıx bağlı olduğunu diqqətə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA