Süd vəzisi xərçəngindən hər il yarım milyona yaxın qadın dünyasını dəyizir

img

21-10-2009 [03:11]


Bu gün ?Dünya qadınları qorusun ki, qadınlar da dünyanı qorusun? devizi altında süd vəzisi xərçənginə qarşı mübarizə ilə əlaqədar mətbuat konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə ?Lider Qadınlar? İctimai Birliyinin sədri, millət vəkili Məlahət İbrahimqızı, ?Demokratik İnkişaf? İctimai Birliyinin nümayəndəsi Sərraf Hüseynov, Milli Onkologiya Mərkəzinin baş həkimi İdrak Qasımov, ATU-nun Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov və Milli Onkologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini Rasim Cəfərov iştirak ediblər. Tədbiri açan Məlahət İbrahimqızı deyib ki, hər il olduğu kimi bu ildə dünyanın bir çox ölkələrində oktyabr ayı süd vəzisi xərçəncinə qarşı mübarizə ayı kimi qeyd olunur: ?Dünyada hər 10-cu qadın süd vəzisinin xərçəngi və uşaqlıq boyunun xərçəngindən əziyyət çəkir və bu, dünyada qadın ölümünə səbəb olan xəstəliklərin ilk sıralarındadır. Məhz Azərbaycan qadınlarında da bu xəstəliyin olması və yayılması ürəkaçan deyil. Dünya təcrübəsi göstərir ki, süd vəzisi xərçəngini ilkin mərhələdə aşkarlamaqla onun gələcək inkişafının qarşısını almaq mümkündür. Qadınların simptomlar və müayinələr barədə maarifləndirilməsi bu işə böyük dəstək göstərir. Avropanın inkişaf etmiş ölkələrində bu xəstəliyi erkən dövürdə aşkarlayıb müalicə edirlər. Amma çox təəssüf hissi ilə qeyd edə bilərəm ki, bu xəstəliyin keçikmiş forması Azərbaycanda daha geniş yayılıb. Bu xəstəlik və ümumiyyətlə cəmiyət arasında belə xəstəliklərə qarşı maarifləndirmə işləri aparılmalıdır. Maarifləndrmənin əsas məqsədi odur ki, həmin xəstəliyin ilkin nətitcələrini aşkar edən qadın həkim müayinəsindən keçir və xəstəlik erkən dövründə aşkarlandığı üçün müalicə olunur. Biz bu xəstəliyə qarşı 3 reklam çarxı hazırlamışıq. Ana südü ilə qidalanan uşaqlarda və həmin qadınlarda bu xəstəliyin olma təhlükəsi, digər süd verməyən qadınlara nisbətən azlıq təşkil edir. UNİSEF ana südü ilə əmizdirmənin təbliği ilə bağlı çox böyük işlər aparıb?. Deputat həm də deyib ki, körpələrin ana südü ilə əmizdirilməsi üçün Azərbaycan Parlamenti qanunvericiliyi möhkəmləndirib və hətta bununla bağlı Milli Məclisə xüsusi qanun layihəsi də təqdim edilib. Milli Onkologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini Rasim Cəfərov isə deyib ki, süd vəzisi xərçəngi bütün dünya əhalisi arasında onkoloji xəstəliyin cəmində birinci yeri tutur. Dünyada hər il bu xəstəliyə 1 milyona yaxın qadın tutulur. Yarım milyona yaxın qadın isə bu xəstəlikdən dünyasını dəyişir. Bu xəstəliyin müalicəsinin effektivliyi ilk öncə xəstələyin erkən mərhələdə müəyən edilməsindən aslıdır: ?Bir neçə ildir ki, Onkoloji Mərkəzin baş direktoru akademik Cəmil Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi ilə müasir Səyyar Dioqnostik Mərkəz alnmışdır ki, həmin mərkəz bütün laborotor, rentgen, ulturasəs, mamaqrafik müayinəsini təşkil edir. Bölgələrdə yaşayan və iqtisadi durumu aşağı olanların müayinələri qəbul etmək üçün Onkoloji Mərkəzin əməkdaşları həmin bölgələrə gedərək, təmənnasız olaraq, həmin xəstəlikdən əziyyət çəkən soydaşlarımız üçün müayinələr təşkil edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA